Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Dördüncü komandayıq

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, mövsüün son yarışları onlar üçün çox çətin keçəcək. 

Şarl Lekler Sinqapurda yarışı altıncı yerdə başa vurub və yarışdan sonra Ferrari-ni sürət baxımından dördüncü komanda adlandırıb. O, bildirib ki, artıq ilk dövrələrdən etibarən əyləclərin qızması ilə bağlı problemlər yaşamışdı.

Şarl Lekler: “Startda Kimi Antonelli ilə çox gərgin mübarizə apardım. Ola bilər ki, maşınlarımız bir-birinə toxundu, amma mən bunu hiss etmədim. Əla manevr etdim və beşinci yerə qalxdığıma sevindim.

Tempimin daha yüksək olacağını düşünürdüm, ancaq bu, belə olmadı. Təəssüf ki, hazırda biz sürət baxımından dördüncü komandayıq və ilk üçlükdən xeyli geri qalırıq. Mercedes inkişaf edib, Red Bull da Montsadan sonra güclənib, lakin biz lazımi addımı ata bilmədik. Mövsümün sonu bizim üçün çətin olacaq.

Təxminən yeddinci və ya səkkizinci dövrədən etibarən əyləclərlə problemlər başladı. Onların vəziyyətinə diqqətlə nəzarət etməyə çalışırdım. Hər dövrədə nə qədər vaxt itirdiyimi bilmirəm, amma bütün problemləri təkcə əyləclərin üstünə atmaq istəmirəm, çünki bu trasda hamı onlara nəzarət etməli idi.

Ancaq mənim və Lyuisin problemləri digərlərindən çox idi və bunun cəzasını çəkdi. Lyuisin daha çox çətinlik çəkməsinin səbəbi ola bilsin onun daha yumşaq tərkibli təkərlərdən istifadə etməsi idi. Onlar daha yaxşı asfaltla ilişmə verirdi və nəticədə əyləclərə daha çox yük düşürdü. Beşinci yer əlçatan olanda, o, bütün gücü ilə mübarizə aparmağa çalışdı. Amma bu, əyləclərin daha da çox qızmasına səbəb oldu”.

 

Rauf Hacıyev

Şərh əlavə et