Pirelli şirkəti Sinqapurda təkərlərin işindən razı qalıb, lakin tamaşaçıların demək olar ki, heç bir ötmə görə bilməməsinə təəssüflənib…
Pirelli Motorsport-un direktoru Mario İzola: “Əvvəlcə Corc Rasseli qələbə münasibətilə, McLaren komandasını isə Mühəndislər Kubokunu qazanmasına görə təbrik edirəm!
Yeni nəsil bolidlər o qədər yüksək inkişaf səviyyəsinə çatıb ki, ötmələr artıq həqiqətən çətin vəzifəyə çevrilib, xüsusilə də Sinqapur kimi traslarda. Buna bir daha əmin olduq. Bundan əlavə, komandalar və pilotlar təkərlərin idarə olunmasında daha da təcrübəli olublar – biz Medium tərkibi ilə 50 dövrəlik, Soft ilə 38 dövrəlik hissələr gördük. Hətta nəzəri olaraq buraya C8 tərkibini gətirsəydik belə, bu, yarışın gedişinə ciddi təsir etməzdi!
Gözlənildiyi kimi, bu yarışda hər üç tərkib rəqabətədavamlı idi. Startda Soft təkərlərin seçilməsi maraqlı qərar idi. Buna bir qədər əvvəl yağan yağış da təsir etdi. Medium təkərlər sürət və sabitlik baxımından ən yaxşı balansı təmin etdi, ancaq Hard tərkiblər də yaxşı nəticə göstərdi”.
Şərh əlavə et