C.Rassell: Sürətin səbəbini bilmirəm

C.Rassell: Sürətin səbəbini bilmirəm
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının sürücüse Corc Rassell bildirib ki, Sinqapur yarışındakı sürətin səbəbini bilmir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü pouldan başladığı Sinqapur yarışını qazanıb. O, yarış ərzində heç bir rəqibinin təzyiqini hiss etməyib.

Corc Rassell: “Bu, inanılmaz xoş hissdir, xüsusən də iki il əvvəl baş verənlərdən sonra… O vaxt uğur fürsətini əldən vermişdim. Amma bu gün onun heyfini çıxdım və komandaya çox minnətdaram. Bu həftəsonu onlar möhtəşəm işlədilər!

Ümumiyyətlə,  bu sürətin hardan gəldiyini anlaçadıq, ancaq mən çox sevincliyəm! Cümə günü müxtəlif səbəblərdən mənim üçün çox çətin keçdi, sükan arxasında özümü rahat hiss etmirdim, ancaq kvalifikasiyanın finalına qədər maşının əla işlədiyini hiss etdim və bu ən vacib anda baş verdi.

Startdan əvvəl bir az gərgin idim. Xüsusən də Maksın maşınınında Soft təkərlərin olduğunu görəndə, amma ilk bölümü əla keçdik və fərq açdıq.

Dünən demişdim ki, əgər bu ilin yarışlarını qələbə ehtimalına görə sıralasaydım, Sinqapur Qran Prisi siyahının ən aşağılarında olardı. Düşünürəm ki, sabah və bir gündən sonra komandayla birlikdə hər şeyi diqqətlə təhlil etməliyik ki, niyə belə sürətli olduğumuzu başa düşək və bu tempi mövsümün sonuna qədər saxlamağa çalışaq”.

Bunları da oxuyun

Şərh əlavə et