Ş.Lekler: Maşın əsəbi davrandı

Ş.Lekler: Maşın əsəbi davrandı
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, o, Sinqapurdakı sıralanma turunda asfaltla ilişmədə çətinlik çəkib.

Kokpit.az xatırladır ki, Monakolu sürücü Marina Baydakı sıralanma turunda yeddinci yeri tutub və komanda yoldaşı Lyuis Həmiltondan geridə qalıb.

Şarl Lekler: “Sıralanma turunda hər şey qaydasında getmədi. Hər şey təkərlərin asfaltla ilişməsi ilə başladı. Demək olar ki, ilişmə yox idi. Bu məyusedicidir, çünki bu tras Bakı ilə birlikdə mənim  favoritlərimdəndir.

Keçmişdə burada həmişə yaxşı çıxış etmişəm, lakin bu dəfə sıralanma turunda  maşında özümü rahat hiss etmirdim. Güclü və ciddi dönməzlik (understeer) var idi. Maşın çox əsəbi və proqnozlaşdırılmaz davranırdı. Problemlər artıq ikinci sərbəst yürüşdən başlamışdı, amma biz onları sıralanmaya qədər həll edə bilmədik və maşının davranışını daha da proqnozlaşdırılmaz etdik. Bu isə şəhər tipli trasda görmək istədiyimiz hal deyil. Həftəsonu çox çətin keçir.

Ümid edirəm ki, bu problemlər trasın quruluşu ilə bağlıdır, amma indi mənim üçün izah yoxdur. Maşında əvvəlki yarışla müqayisədə kəskin dəyişiklik etməmişik. Hamısını təhlil edib nəyin niyə səhv getdiyini müəyyənləşdirməliyik”.

Bunları da oxuyun

Şərh əlavə et