L.Norris: İrəliləmək çətin olacaq

L.Norris: İrəliləmək çətin olacaq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Sinqapurda yaşadıqları problemlərə görə sazlanma tapmaqda çətinlik çəkiblər.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Marina Baydakı yarışa beşinci yerdən başlayacaq.

Lando Norris: “Cümə günü çətinliklərim var idi, amma şənbə günü işlər daha yaxşı getdi. Düzdür,  ideal nəticə göstərə bilmədim, amma buna bəhanə gətirmək olmaz.

Rəqiblər açıq-aşkar irəliləyiş ediblər. Mercedes çox yaxşı iş gördü, Red Bull isə əvvəlki iki mərhələdə güclü çıxış etmişdi, buna görə də burada sürpriz yoxdur.

Sinqapur mərhələsi həmişə bir qədər qəribə alınır. Biz bilirik ki, ön təkərləri effektiv işlətmək mümkün olmayanda çətinliklərimiz başlayır. Həftəsonunun əvvəlindən bu məsələ ilə bağlı problemlərimiz az olmadı.

Düşünürəm ki, bu çətinliklərin səbəblərini anlayırıq, və izah da sadədir: maşının ön hissəsi trasda kifayət qədər asfaltla ilişməyə malik deyil, çox güclü dönməzlik (understeer) müşahidə olunur, buna görə də sazlama zamanı kompromisə getməyə məcburuq.

Bu trasda kifayət qədər sürətli deyilik, halbuki burada sıralanma turu hər şey deməkdir.  Bu da bir az məyusedicidir. Yarış zamanı geridən irəliləmək üçün həmişə şans var, lakin o qədər də böyük deyil. Bu gün ciddi şəkildə çalışmaq lazım olacaq”.

Bunları da oxuyun

Şərh əlavə et