Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Williams komandasının sürücüləri diskvalifikasiya ediliblər

Sinqapur Qran Prisində stüardlar Williams komandasının pilotları Aleks Elbon və Karlos Saynsı texniki reqlamentə uyğun gəlmədiyinə görə diskvalifikasiya ediblər və onların nəticələrini sıralanma protokolundan çıxarıblar.

Yoxlamalar nəticəsində müəyyən edilib ki, Williams bolidlərindəki DRS sistemi reqlamentlə icazə verilən 85 millimetrdən daha çox açılıb. Bu isə qaydaların 3.10.10 g maddəsinin pozulması deməkdir. Britaniya komandası pozuntunu etiraf edib.

Bununla belə, stüardların ayrıca qərarı ilə həm Aleks Elbon, həm də Karlos Sayns Sinqapur Qran Prisinin startına buraxılıblar.

Rauf Hacıyev

Şərh əlavə et