L.Həmilton: Sazlanmaları dəyişməyəcəyik

L.Həmilton: Sazlanmaları dəyişməyəcəyik
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Sinqapurda ilk dəfə Ferrari bolidi sürsə də, maşından razı qalıb. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Sinqapurdakı ikinci sərbəst yürüşləri onuncu yerdə tamamlayıb və bolidin davranışından, eləcə də cümə günü əldə edilən irəliləyişdən razı qaldığını bildirib.

Lyuis Həmilton: “Ümumilikdə bu, yaxşı gündür. Mən Ferrari ilə bu trasda ilk dəfə sürürəm və bolid xoşuma gəldi. Bütün bu illər ərzində kameradan çəkilmiş görüntülərə baxır, bolidin necə idarə olunduğunu, mənim əvvəlki maşınımla fərqləri anlamağa çalışırdım. Bu dəfə isə bunları özüm hiss etdim.

McLaren sürücüləri çox sürətlidirlər. Bu trasda təmiz bir dövrə vurmaq asan deyil, lakin bu gün çoxlu müsbət cəhətlər var idi. Mən çox şey öyrəndim və sessiyalar ərzində əldə etdiyimiz irəliləyişdən razıyam.

Bir neçə addım irəli getdiyimizi hiss edirəm və buna görə də böyük ehtimalla şənbə üçün sazlamaları dəyişməyəcəyik. Ancaq əlbəttə, onları bir qədər də təkmilləşdirməyə çalışacağıq ki, boliddən maksimumu alaq və McLaren-ə bir az da yaxınlaşaq”.

Bunları da oxuyun

Şərh əlavə et