Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso xala ümid edir

Aston Martin komandasının sürücüsü Fernando Alonso Sinqapurda xala ümid edir.

Fernando Alonso Sinqapur Qran Prisindəki cümə sərbəst yürüşlərində sürətli olub. Aston Martin pilotu birinci sessiyada protokola başçılıq edib, ikinci sessiyada isə Oskar Piastridən 0,163 saniyə geri qalaraq, dördüncü nəticəni göstərib. Onun komanda yoldaşı Ləns Stroll isə müvafiq olaraq on səkkizinci və altıncı olub. Hər iki sürücü boliddən razıdır və ilk onluqda yer uğrunda mübarizə aparmağı planlaşdırırlar.

Fernando Alonso: “Birinci sərbəst yürüşdə ilk dövrədən etibarən özümü sükan arxasında rahat hiss etdim və çox tez limitləri tapdım.

Qırmızı bayraqlar qüvvələr nisbətini tam dəyərləndirməyə imkan vermədi, ona görə də real mənzərəni bugünkü sıralanma turunda görəcəyik. Hansı nəticələrə nail olacağımız məlum olacaq, lakin bazar günü xal uğrunda mübarizə aparacağıma ümid edirəm”.

Ləns Stroll: “Cümə günü bir neçə yaxşı dövrə vura bildim. Çox şey öyrəndik və sessiyalar arasında bolidin sazlamalarını dəyişdik. İkinci yürüşdə trasdakı şərait birincidən xeyli fərqlənirdi, çünki gün batandan sonra hava sərinləşdi.

Cümə günü boliddən razı qaldım və əvvəlki yarışlara nisbətən daha rəqabətədavamlı görünürük. Sinqapur yüksək asfaltayatma qüvvəsi tələb edən trasdır və bu, bizim bolidə daha çox uyğundur. Bu gün hansı nəticəni göstərəcəyimiz məlum olacaq.”

Rauf Hacıyev

Şərh əlavə et