Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Marina Baydakı cümə sərbəst yürüşlərini zirvədə bağlayıb.
Oskar Piastri: “Sessiya kifayət qədər planlı keçdi, bu dəqiqdir. Sonda Medium tərkibli təkərləri sınaqdan keçirdim, ancaq Soft təkərlərlə də hər şey qaydasında idi. Bir tərəfdən, nəticələr bazargünkü yarış üçün tam göstərici sayılmasa da, maşın ümumilikdə yaxşı təəssürat bağışladı və cümə günü bir çox şeyi anlamağa nail oldum. Axı sərbəst yürüşlərin məqsədi də elə budur. Ümumilikdə, gün yaxşı keçdi.
Düşünürəm ki, cümə günü balanslı proqramımız var idi. Həm yarış, həm də sıralanma tempinin üzərində işlədik. Bu trasda sıralanma turu ən vacib hissələrdən biridir. Əslində, sıralanma hər trasda önəmlidir, ancaq burada xüsusidir.
Yarışda arxadan başlamaqdansa, sıralanma nəticəsində ön cərgələrdən start almaq daha yaxşıdır, çünki arxada qalanda yarışın necə gedəcəyini bilmirsən və sadəcə yağışın sənə kömək etməsini ümid edə bilərsən”.
Şərh əlavə et