Sinqapura gətirilən yeniliklər

Sinqapura gətirilən yeniliklər
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Marina Bay şəhər trasının xüsusiyyətləri komandalar üçün yaxşı məlumdur, Sinqapur Qran Prisinə maşını necə hazırlamaq lazım olduğunu hamı anlayır.

Mösümün bu mərhələsində isə artıq hamı 2026-cı ilə hazırlaşır, buna görə də çempionatın əksər iştirakçılarının texniki yeniliklərə vaxtı yoxdur. Buna baxmayaraq, iki komanda müəyyən dəyişikliklər barədə məlumat verib, amma çox cüzi şəkildə.

Red Bull Racing

RB21 maşınında dəyişikliklər ön qanada aid olub və təbii ki, bu ən vacib aerodinamik elementin effektivliyini artırmağa yönəlib. Komandanın təqdim etdiyi izahlara əsasən, söhbət qanadın bəzi səthlərinin əyriliyinin korreksiyasından gedir. Konkret olaraq hansılarının dəyişdiyi açıqlanmayıb.

Red Bull bu barədə belə açıqlama verib: “Dizayn üzərində iş davam edir və bu, əlavə tədqiqatlara yönəlib: qanadın bəzi hissələrinin əyriliyi artırılıb ki, daha yüksək aerodinamik yüklənmə əldə olunsun, eyni zamanda hava axınının sabitliyi qorunsun”.

Bundan əlavə, mühərrik qapağının yuxarı hissəsinin konfiqurasiyası dəyişdirilib: mühərrikdən və digər sistemlərdən istilik çıxarılması üçün istifadə olunan lyuklar böyüdülüb. Bu da, təbii ki, soyutma effektivliyini artırmaq üçün edilib.

Mercedes

Mercedes də ön qanadda dəyişikliklər etdiyini açıqlayan digər komanda olub. Bu, aerodinamik yüklənməni tənzimləmək üçün edilib. Konkret olaraq, onun tənzimlənən səthinin profili dəyişdirilib. Məqsəd məhz Sinqapur trasında optimal balans əldə etməkdir. Maraqlıdır ki, bu dəfə qanadın yaratdığı yerdənqaldırma qüvvəsi azaldılıb. Halbuki adətən əksinə onu artırmaq üçün çalışırlar.

Bunları da oxuyun

Şərh əlavə et