Xəbəri Kokpitdə Oxuyun!

Sinqapurda ilk sərbəst yürüşləri Alonso zirvədə bağlayıb

Formula 1 üzrə Sinqapur Qran Prisinin birinci sərbəst yürüşlərində Fernando Alonso zirvədə olub.

Sinqapurda birindi sessiya buludlu və quru havada baş tutub. Havanın temperaturu 29 dərəcə, trasın temperaturu 34-36 dərəcə olub

Həftəsonunun əvvəlində şəhər trasının asfaltı çirkli və tozlu olsa da, bu sessiya açar mərhələlərdən biri idi. Pilotlar gün işığında trası daha yaxşı öyrənmək, tempi tədricən artırmaq, baza sazlamalarını müəyyənləşdirmək, özünəinam qazanmaq və həm sıralanma turu, həm də yarışa bənzər şəraitdə keçiriləcək ikinci məşqə hazırlaşmaq imkanı əldə ediblər.

Sessiyanın 8-ci dəqiqəsində Aleks Elbonun maşını pit yolunda alışıb. Mexaniklər alovu tez söndürsələr də, arxa hissədən hələ də güclü tüstü qalxmağa davam edib. Elbon vizoru qaldırıb gözlərini ovuşdurub, lakin problemsiz şəkildə kokpitdən çıxıb. Beləliklə, sessiyanı dayandırmağa ehtiyac olmayıb.

Bununla da Elbon üçün birinci sərbəst yürüşlər vaxtından əvvəl bitib. Daha sonra komanda təsdiqləyibki, yanğının səbəbi arxa əyləclərdə yaranan problem olub. Temperatur demək olar ki, ani olaraq 1000 dərəcəyə yüksəlib.

Pilotlar ənənəvi olaraq sessiyaya daha sərt tərkiblərlə başlayıblar, ilk dövrələri Hard ilə vurduqdan sonra daha yumşaq təkərlərə keçiblər.

Sessiya insidentsiz ötüşməyıb, amma onların sayı iki həftə əvvəl Bakıda keçirilən ilk məşqdən xeyli az idi. Qasli və Berman təhlükəsizlik ciblərinə giriblər, Piastri divara yüngül toxunub, ancaq maşına zərər dəyməyib. Sessiyanın sonunda Hülkenberq və Sayns mübarizə aparıblar, lakin toqquşmadan qaçmaq üçün Williams pilotu trasın hüdudlarından kənara çıxaraq geri çəkilib.

Ən yaxşı nəticəni Fernando Alonso göstərib – 1:31.116. Şarl Lekler ikinci, Maks Ferstappen üçüncü yeri tutublar. Yeddiqat Dünya Çempionu Lyuis Həmilton dördüncü, McLaren pilotları Oskar Piastri və Lando Norris isə müvafiq olaraq beşinci, altıncı yerlərdə qərarlaşıblar. Amma birinci məşqdə pilotlar sürət üzərində ciddi işləməyiblər.

Rauf Hacıyev

Şərh əlavə et