C.Rassell: Müqavilədən xəbər yoxdur

C.Rassell: Müqavilədən xəbər yoxdur
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Corc Rassell sağlamlıq problemləri səbəbindən Bakıda yarışı az qala buraxmalı olsa da, tam bərpa olunmadığını etiraf edib. Lakin bildirib ki, vəziyyəti indi xeyli yaxşıdır. Bununla belə, Sinqapurda mətbuat konfransı başqa mövzudan başlayıb.

Kokpit.az xatırladır ki, Mercedes komandası britaniyalı sürücü ilə hələ də müqavilə uzatmayıb.

Corc Rassell: “2026-cı il müqaviləsi ilə bağlı yeni xəbərim yoxdur. Təkrar edirəm: xəbər olanda siz onu birinci biləcəksiniz. Məncə, karyerasında müəyyən mərhələyə gələn hər bir sürücü üçün əsas məsələ hər şeyin düzgün və dəqiq şəkildə həll olunmasıdır. Müqaviləni uzadanda ən vacib olan budur. Hər detal ən yüksək diqqətlə nəzərdən keçirilməlidir.

Narahatlığa əsas yoxdur. Müqavilə imzalananda imzalanacaq. Mən özümü çətin danışıqlar aparan biri hesab etmirəm. Sadəcə inanıram ki, bütün razılaşmalar ədalətli və qarşılıqlı faydalı olmalıdır. Fikrimcə, hamımız buna çalışırıq. Əlbəttə, vəziyyət fərqli ola bilər: bəzi sürücülərin təsiri daha güclüdür, bəzilərinin isə zəif. Amma hələlik danışacaq heç nə yoxdur”.

Bakıda yarış həftəsonunda sağlamlıq problemi yaşayan və buna baxmayaraq ikinci yeri tutan Rasselldən Sinqapurda özünü necə hiss etdiyi də soruşulub: “Bəli, düzünü desəm, indi özümü yaxşı hiss edirəm. Bakıda mənim üçün çətin oldu, özümü pis hiss edirdim və hələ də 100 faiz bərpa olmamışam, lakin vəziyyətim xeyli yaxşılaşıb.

Əgər başqa yarış olsaydı, ümumiyyətlə narahat olmazdım, ancaq Sinqapur elə Sinqapurdur. Burada açıq-aşkar çətinliklər var. Yenə də əminəm ki, hər şey yaxşı olacaq”.

Bu həftəsonu Sinqapur iqliminə xas yüksək temperatur səbəbindən FIA ilk dəfə xüsusi xəbərdarlıq yayıb və komandalarla sürücülərə soyuducu jilet geyinməyi məcburi edib.

Rassell artıq bu sistemi sınayıb: “Biz bu mövsüm isti şəraitdə keçirilən yarışlarda soyuducu jiletlərdən bir neçə dəfə istifadə etmişik. Amma, əlbəttə ki, bu, onların ilk dəfə məcburi tətbiq olunmasıdır.  Düşünürəm, bu yaxşı xəbərdir.

Bu jilet hamı üçün  rahat olmur, amma kimlərsə özünü daha yaxşı hiss edir. Əlbəttə, gələcəkdə bu sistem fərdi üstünlüklərə uyğunlaşdırılacaq. Ancaq konsepsiya özü-özlüyündə yaxşıdır.

90 faizlik rütubətdə, kokpitdə temperatur 60 dərəcəyə qalxdıqda, maşın sanki sauna kimi olur. Buna görə də belə soyutma sistemlərinin tətbiqini hamımız alqışlayırıq”.

Bunları da oxuyun

Şərh əlavə et