F.Alonso: Məhdudiyyətlər var

F.Alonso: Məhdudiyyətlər var
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Fernando Alonso Sinqapur Qran Prisindən əvvəl bir daha 2026-cı ilin sonunda karyerasını başa vurmaq məsələsinə qayıtdıb.

Aston Martin komandasının sürücüsü bildirib ki, komandaya uyğun qərar verə bilmək üçün gələn ilin may ayından əvvəl heç bir addım atmayacaq.

Fernando Alonso: “Gələcəyi proqnozlaşdırmaq üçün kristal kürəm yoxdur, buna görə də planlarım barədə əvvəlki cavabım qüvvədə qalır. Hesab edirəm ki, gələn ilin may ayına qədər hər şey eyni qalacaq.

Əgər mənim sərəncamımda sürməkdən zövq aldığım və müəyyən nəticələr qazandığımız bir maşın olsa, o zaman bəlkə də… Mən hər halda Lourens Stroll və komanda ilə onların nəyə ehtiyacları olduğunu müzakirə edəcəyəm. Komandanın maraqları birinci, mənim maraqlarım ikinci yerdədir. Artıq kiməsə nəyisə sübut etmək üçün yarışmağa ehtiyacım yoxdur.

Karyeramdan razıyam, Formula 1-də bu qədər il keçirdiyim üçün şanslıyam. İndi isə komandaya kömək etməyin və yaxşı vaxt keçirməyin vaxtıdır. Gələn il də bununla məşğul olacağam”.

İdman formasından danışan Fernando Alonso qeyd edib: “Mən indiyə qədər heç vaxt olmadığım qədər yaxşı formadayam. Əlbəttə, keçən il və bu il maşın istədiyim mövqelər uğrunda mübarizə aparmağa imkan vermirdi, bəzi problemlər və zəif tərəflər isə kənardan görünmürdü. Lakin məndən asılı olanda, keçən və builki bəzi çıxışlar 20 il əvvəl mənim üçün mümkün olmazdı. Ona görə də mən rahatam, özümdən razıyam və inamla gələn ili gözləyirəm”.

Gələn il Formula 1-də texniki reqlament dəyişəcək və nəzəri olaraq təcrübəli sürücülər üstünlük qazanmalıdılar. Amma Fernando Alonso əmindir ki, üstünlük daha sürətli maşınlara sahib sürücülərdə olacaq: “Formula 1-də hekayə həmişə eynidir – yeni məhsulu satmaq və növbəti ildə möcüzə baş verəcəyini söyləmək lazımdır.

Yadımdadır, yola nəzarət qadağan ediləndə hamı deyirdi ki, qaz pedalını daha yaxşı idarə edən sürücülər üstünlük qazanacaq. Amma sonra üfürülən diffuzor peyda oldu, bu isə digərlərinə nisbətən  daha çox asfaltayatma qüvvəsi verirdi və Red Bull hər yarışda birinci və ikinci yerdə finiş görürdü. Sükan arxasında daha ağıllı və ya axmaq davranmaq olar, ancaq maşın yarım saniyə daha sürətlidirsə, heç nə bu fərqi kompensasiya edə bilməz.

Mən, əlbəttə, gələn ili səbirsizliklə gözləyirəm, görək yeni reqlament sürücüyə nə verir. Ümid edirəm ki, bu ildəkindən daha çox azadlıq olacaq. Amma yenə də çoxlu avtomatik sistemlər və FIA-nın idarə etdiyi, təsir etmək mümkün olmayan şeylər qalacaq. Mənim fikrimcə, gələn ilin reqlamentində hələ də çoxlu məhdudiyyətlər var”.

Bunları da oxuyun

Şərh əlavə et