Kokpit.az xatırladır ki, yaponiyakı sürücü Azərbaycan Qran Prisində 6-cı yeri tutaraq, Red Bull komandasına gəldikdən sonra ən yaxşı nəticəsini qazanıb.
Yuki Tsunoda: “Ötən mərhələ mənim və komanda üçün çox müsbət keçdi. Avtomobillə işləyərkən düzgün istiqamətdə irəlilədiyimi hiss edirəm və bütün səylərimiz yarış həftəsonu ərzində öz bəhrəsini verir.
Bakı trası özünəməxsus idi, Sinqapurda isə bir qədər fərqli vəzifələri həll etməli olacağıq. Buradakı özünəməxsus amillər – yüksək rütubət, gecə yarışı, şəhər tipli tras – hamısı qarşıdan gələn həftəsonunu çətin, lakin maraqlı edəcək. Mən bunu səbirsizliklə gözləyirəm.
Bu mərhələdən əvvəl bazada oldum, burada komanda ilə keçmiş mərhələnin yekunlarını müzakirə etdik. Trasda vəziyyəti dəyişmək üçün bu qədər insanın səy göstərməsini görmək inanılmazdır. Bu, uğur qazanmaq üçün daha çox motivasiya verir.
Bundan sonra Red Bull ilə Tokioda oldum. Sinqapura gəlməzdən əvvəl burada azarkeşlərimlə görüşə bildim, bu da mənə əlavə motivasiya qatdı.”
Şərh əlavə et