Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Çətin həftəsonu olacaq

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, artıq optimal sazlanmaları tapa biliblər.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü mövsümün ikinci yarısına yaxşı başlayıb. O, son iki yarışda qalib gəlib və son üç yarışdan 68 xalla ayrılıb.

Maks Ferstappen: “Son iki yarış komandamızın qələbəsi ilə başa çatdı, biz əhəmiyyətli irəliləyiş əldə etdik, avtomobilin optimal sazlanmalarını tapdıq və düzgün istiqamətdə inkişaf edirik. Montsa və Bakıda aşağı asfaltayatma qüvvəsi tələb olunurdu və biz bunu uğurla bacardıq, lakin Sinqapurda yüksək asfaltayatma qüvvəsi lazımdır. Buna görə də həftəsonu bir az çətin olacaq.

Sinqapur trası pilotların fiziki hazırlığından çox şey tələb edir, çünki burada isti hava şəraitində özünü rahat hiss etmək vacibdir. Bu, əla küçə trasıdır və burada mən əvvəllər heç vaxt qalib olmamışam. Artıq bu məsələni həll etmək istəyirəm. Bütün komandanın mükəmməl işləməsi lazımdır, bu həftəsonunun nə gətirəcəyini maraqla gözləyirəm”.

 

Rauf Hacıyev

Şərh əlavə et