Xəbəri Kokpitdə Oxuyun!

Montsada bu dəfə qırmızı at yox, qırmızı öküz şahə qalxdı

Montsa deyəndə ağla ilk olaraq sürət qırmızı rəng gəlir. Bu tarixi tras həmişə özünəməxsus aurası ilə seçilib. İtaliyanın şimalında yerləşən tras Ferrari-nin evi sayılır və Formula 1 Dünyasında buraya “sürət məbədi” deyirlər. Bu həftəsonu isə Maks Ferstappen sözün əsl mənasında bu deyimin haqqını verdi və bir neçə rekordu qıraraq, möhtəşəm qələbə qazandı.

Sıralanma turunda rekordla gələn poul

Əslində sərbəst yürüşlərdən sonra əksəriyyət sıralanma turu üçün McLaren və Ferrari-nin şanslarını daha üstün görürdülər. Lakin Formula 1 atalar sözü deyir ki, sən saydığını say, gör Maks Ferstappen nələr sayır.

Red Bull komandasının pilotu sıralanma turunun ikinci sessiyasından etibarən üstün görünməyə başladı və bu üstünlüyünü son final sessiyasına da daşıyaraq, poul aldı. Özü də necə? Dördqat Dünya Çempionu 264.682 kilometr/saat orta sürətlə Formula 1 tarixinin ən sürətli dövrəsini vurdu. Bu isə yeni rekord demək idi. Bununla da Maks 2018-ci ildə Kimi Rəykkönenin bu trasdakı 263.588 kilometr/saatlıq orta sürətli rekordunu qırmış oldu.

Lakin niderlandlı sürücünün yarışdakı işi heç asan olmayacaqdı, çünki arxasında bu mövsüm 15 yarışdan 12-ni qazanmış McLaren sürücüləri var idi. Bundanbaşqa keçən il burada qalib gəlmiş Şarl Lekler qələbəüçün əlindən gələni edəcəkdi.

Ferstappen bu dəfə əfsanəvi Şumaxerin rekordunu qıraraq yarışı qazanır

 

Montsa yarışının xüsusilə ilk dövrələri çox maraqlı keçdi. Maks Ferstappen yarışın bu fazasında rəqibi Lando Norrislə mübarizə aparsa da, burada üstün təsir bağışladı. O, bu yarışda başqa səviyyədə sürürdü sürət məbədiifadəsinin qarşılığını verirdi. Bunun məntiqi nəticəsi kimi Maks Ferstappen 22 illik bir rekordu qırdı. Belə ki, dördqat Dünya Çempionu yarışı1 saat 13 dəqiqə 24.32 saniyədə tamamlayaraq, Mixael Şumaxerin Montsadakı 1 saat 14 dəqiqə 19.838 saniyəlik rekordunu geridə qoydu.

İtaliya Qran Prisində bir yarış həftəsonu iki rekord qırasan hər ikisi Ferrari- aid olsun. Artıq Montsanın sürət statistikalarına Ferrari qırmızısı yox, Red Bull qırmızısı başçılıq edir. Sürət məbədi”ndəartıq qırmızı at yox, qırmızı öküz şaxə qalxır!

Beləliklə, Maks mövsümdə üçüncü qələbəsini qazandı. Özü bu üç qələbədən ikisi İtaliyada keçirilən yarışlara təsadüf edirİmola Montsa.

Bununla da, əfsanəvi trasda bu dəfə tarix yazıl, amma tarix kitabının üzündə artıq bir adamın adı varMaks Ferstappen

Növbəti dayanacaqBakı

Mövsümün növbəti yarışı isə Bakıda baş tutacaq. SürücülərSürət məbədi”ndən çıxıb, ən sürətli şəhər tipli traslardan birinə gələcəklər.

Red Bull Bakı Şəhər Halqasında ən çox yarış qazanmış komandadır. Onlar paytaxtımızda 4 dəfə damalı bayrağı hamıdan öndə görüblər. Honda motorlarının Montsadakı maksimal sürətlərini nəzərə alsaq, paytaxtımızda da Maks Ferstappendən növbəti qələbəni görə bilərik.

Bəs bu dəfə nələr olacaq? Yarışda nələr baş verə bilər? Məlumatlı olmaq üçün bizi izləyin.

Rauf Hacıyev

Şərh əlavə et