Xəbəri Kokpitdə Oxuyun!

T.Volff Antonellini tənqid edib

İtaliya Qran Prisində Kimi Antonelli yarışa 6-cı yerdən start götürsə də, finişə 9-cu yerdə çatıb. 19 yaşlı pilot xal qazanıb, amma bu nəticə Mercedes komandasını qane etməyib.

Komandanın rəhbəri Toto Volf yarışdan sonra gənc sürücünü ilk dəfə açıq şəkildə tənqid edib və onun çıxışından məyus qaldığını gizlətməyib.

Toto Volf: “Bu həftəsonu məni heyran etmədi. Əgər sürücü yaxşı nəticəyə ümid edirsə, çınqıllığa çıxmamalıdır. Onun bütün yarışı məyusedici idi. Dəstəyim bundan təsirlənməyəcək, mən hələ də inanıram ki, Kimi əla sürücü olacaq. Amma indi o, məni çox məyus etdi.

Bir sürücü əvvəlki səhvlərin yükünü daşıyaraq, həftəsonunu problemsiz keçirə bilməz. Əgər pilot əvvəlki xətaları haqqında düşünürsə, döngəyə tam güclə hücum edə bilməz. Antonelli inanılmaz istedada və bütün lazım olan keyfiyyətlərə malikdir, amma bu düşüncələrdən xilas olmalıdır”.

Qeyd edək ki, Kimi Antonelli İtaliya Qran Prisi həftəsonunda aşağıdakı səhvləri edib.

• Cümə günü Kimi səhv edərək trasdan çıxıb və sessiyanı yarımçıq dayandırıb – bu da hazırlıq vaxtının itməsinə səbəb olub
• Startda güclü sürüşmə səbəbindən bir neçə yer itirib.
• Yarışda mövqelərini bərpa etməyə çalışarkən dəfələrlə trasın hüdudlarını aşıb və qara-ağ bayraqla xəbərdarlıq alıb.
• Williams komandasının pilotu Aleks Elbonu trasdan kənara sıxışdırdığına görə əlavə 5 saniyəlik cəza alıb.

Rauf Hacıyev

Şərh əlavə et