Kokpit.az xatırladır k, italyan pilot əvvəlcə startdakı səhvə görə geriyə düşüb. Daha sonra isə yarışda Aleksander Elbonla mübarizə zamanı rəqibinu trasdan çıxarıb. Yekunda debütant pilota 5 saniyə zaman cəzası və lisenziyasına 1 bal yazılıb. Gənc sürücü yarışdan sonra bildirib ki, startdakı səhvi və sonradan aldığı cəza yarışına ciddi formada təsir edib.
Kimi Antonelli: “İtaliya Qran Prisi bizim ümid etdiyimiz kimi keçmədi. Startda bolidim sürüşdü və çox mövqe itirdim, bu da yarışımı çətinləşdirdi. Buna təəssüfləndim, çünki trafik olmayanda Medium təkərlərdə sürətim çox yaxşı idi.
Yarışın sonunda Elbona qarşı müdafiə olunmağa çalışdım, amma cəza aldım və bu da mənə finişdə əlavə bir yer itirməyimə səbəb oldu.
Bununla belə, bu həftəsonu müsbət məqamlar da oldu – sıralanma turunda irəliləyiş göstərdim, maşını yaxşı hiss edirdim. Ümid edirəm ki, Bakıdan başlayaraq daha yaxşı temp tapacaq və optimal rejimdə çıxış edəndə nəyə qadir olduğumuzu göstərə biləcəyik”.




Şərh əlavə et