Yarışda Oskar Piastri uğurlu pit-stopdan sonra pitdə mexanik səhvinə görə gecikən Lando Norrisi qabaqlayıb, amma avstraliyalı sürücü komandanın əmrini qəbul edib və mübarizəni süni şəkildə kəskinləşdirməyib. Nəticədə Norris ikinci, Piastri isə üçüncü yerdə finiş görüblər.
Andrea Stella: “Əvvəlcə deyim ki, bu qərarın Niderland Qran Prisində baş verənlərlə heç bir əlaqəsi yoxdur. O vaxt Lando komandanın səhvinə görə finişə çata bilməmişdi, amma indi vəziyyət tamam fərqli idi. Biz hər yarışı ayrıca qiymətləndiririk.
Montsada pit-stop ardıcıllığını qurarkən birinci olaraq Oskarı çağırdıq. Lando isə boksda gecikmə yaşadı, buna görə də mövqelər dəyişdi. Biz isə düşündük ki, pilotlar pit-stopdan əvvəlki yerlərinə qayıtmalıdır. Bu, tamamilə ədalətli idi.
Mən əminəm ki, Oskar da buna normal yanaşdı – çünki yarış boyu onsuz da rahat vəziyyətdə idi. Ən əsası isə, biz McLaren-in dəyərlərini və prinsiplərini göstərdik. Mən hesab edirəm ki, bu, düzgün yanaşmadır”.




Şərh əlavə et