İtaliya Qran Prisindən sonra Ferrari həm pilotlar, həm də komanda olaraq əsas hədəfinə çatıblar – Mühəndislər Kubolunda ikinci yeri qorumaq üçün xal fərqini açıblar. Şarl Lekler yarışı 4-cü, Lyuis Həmilton isə 6-cı yerdə tamamlayıb.
Ferrari-nin rəhbəri Frederik Vassyör: “Əlbəttə, məqsədimiz ikinci yeri saxlamaq idi, amma həm də podium qazanmaq istəyirdik. Şarl yarışı inamla keçirdi, ilk dövrlərdə əla mübarizə apardı, lakin bolidimizin təkərləri tez qızmağa başladı. McLaren-ə çox da uduzmurduq, amma Maks sadəcə uçurdu – onu yalnız təbrik etmək qalır.
Lyuis start cəzasına görə 10-cu yerdən başladı, amma çox aqressiv ilk hissə göstərərək irəlilədi. Yarışın sonunda biz Mercedes-lə müqayisədə daha təzə təkərlərdən istifadə etmək istədik, amma Montsada təkərlərin yeyilməsi çox azdır.
O, möhtəşəm yarışdı və mən onun üçün çox şadam. İyulda çətin dövrü olmuşdu, indi isə yenidən yaxşı temp göstərir. Ümumilikdə, bu həftəsonu onun üçün uğurlu keçdi – əhvalı yaxşıdır, işə doğru yanaşır və bu, mövsümün qalan hissəsində ona kömək edəcək”.




Şərh əlavə et