Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns artıq yorulub

Williams komandasının sürücüsü Karlos Sayns bildirib ki, ardıcıl gələn uğursuzluqlar artıq onu yorur.

Williams komandasının sürücüsü Karlos Sayns İtaliya Qran Prisində çoxsaylı çətinliklərlə üzləşib və 11-ci yerdə finiş görüb. O, qalibə bir dəqiqədən çox, komanda yoldaşı Aleks Elbona isə təxminən 15 saniyə uduzub. İspan pilot etiraf edib ki, ardıcıl uğursuz nəticələr onu psixoloji cəhətdən yorur.

Karlos Sayns:  “Karyeramda heç vaxt bu qədər uzun uğursuzluq və zəif nəticələr seriyası olmayıb. Bu, məni çox məyus edir və qəbul etmək çətindir, çünki artıq yorucu olmağa başlayır. Amma davam etməkdən başqa yol yoxdur”.

Yarışda Sainz-ın problemləri çox olub:

  • Komandanın seçdiyi taktika uğurlu olmayıb,
  • DRS sistemi nasaz işləyib,
  • hibrid batareya kifayət qədər yüklənməyib,
  • ən əsası isə Roccia şikanında Oliver Berman ilə insisent baş verib.

Britaniyalı pilot mövqeyini müdafiə edərkən səhv edib və nəticədə 10 saniyəlik cəza alıb.

Karlos Sayns insident barədə bunları deyib:  “Biz 9-cu və ya hətta 8-ci yer uğrunda mübarizə apara bilərdik. Mən onu döngənin girişində keçmişdim, xarici trayektoriyada idim və daha gec əylənə bildim. Ona maşın eni qədər yer buraxdım, amma o, çox gec əyləndi, idarəetməni itirdi və mənə dəydi. Bununla 5–10 saniyə itirdim. Bu olmasaydı, yəqin ki, Hacarı qabaqlayardım. Amma necə oldu, elə də oldu”.

Rauf Hacıyev

Şərh əlavə et