Q.Bortoleto: Avropanı yaxşı bağladıq

Q.Bortoleto: Avropanı yaxşı bağladıq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

İtaliya Qran Prisində Sauber komandasını yalnız Qabriel Bortoleto təmsil edib. Onun komanda yoldaşı Niko Hülkenberq qızdırma dövrəsinin sonunda hidravlik nasazlıq səbəbindən boksa qayıdıb və yarışa qatıla bilməyib.

Braziliyalı debütant yarışı 8-ci yerdə başa vuraraq mühüm xallar qazanıb və Sürücülər Çempionatında 16-cı pilləyə yüksəlib.

Qabriel Bortoleto: “Komanda yarışı inamla keçirdi, düzgün qərarlar verdi və optimal strategiya seçdi. Pit-stopum bir qədər ləng alındı, bunda mənim də günahım var, çünki lazım olduğundan bir az irəlidə dayandım.

Ümumilikdə, 8-ci yerdən və qazandığımız xallardan razıyam. Bunlar Mühəndislər Kuboku üçün vacibdir. Əlbəttə, daha çoxunu istəyirəm, amma bu həftəsonu ala biləcəyimiz maksimum nəticə də məhz bu idi. Biz sabit və səmərəli işlədik və Avropa mərhələsini yaxşı nəticə ilə başa vurduq”.

Niko Hülkenberq: “Yarışda iştirak edə bilməmək çox üzücüdür. Hidravlik nasazlıq səbəbindən qızdırma dövrəsinin sonunda maşını dayandırmalı oldum. İndi hər şeyi ətraflı araşdırıb səbəbi tapmalıyıq.

Bununla belə, maşının sürətli olduğunu gördük və bu, ümidvericidir. Montsada ötmə etmək çətindir, ona görə hansı nəticəni əldə edə biləcəyimi demək çətindir. Amma ən önəmlisi odur ki, Qabriel yaxşı həftəsonu keçirdi və komanda üçün vacib xallar qazandı”.

Bunları da oxuyun

Şərh əlavə et