M.Ferstappen: Yarış çətin olur

M.Ferstappen: Yarış çətin olur
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Maks Ferstappen İtaliya Qran Prisinin sıralanma turunu qazanaraq Montsa trasında yeni rekord göstərib – 1:18.792 saniyə. O, bu dövrəni orta hesabla 264,68 km/saat sürətlə qət edib.

Kokpit.az xatırladır ki, dördqat Dünya Çempionu bu möhtəşəm dövrəni son cəhdində vuraraq, mövsümdə beşinci poulunu qazanıb.

Sıralanma turundan sonra Maks Ferstappen bildirib ki, sessiyadan əvvəl komanda maşının sazlanmalarında dəyişiklik edib: “Bu trasda aşağı aerodinamik yüklənmə olduğu üçün dövrəni ideal keçmək çətindir, çünki əyləclənmə zamanı səhv etmək ehtimalı yüksəkdir.

Final sessiyası mənim üçün yaxşı keçdi. Dövrələrimdən razıyam və poul əldə etmək fantastik nəticədir! Maşın bütün həftəsonu sürətli idi və mənim üçün poul uğrunda mübarizə aparmaq böyük sevinc oldu.

Sıralanma turuna qədər sürət çatışmırdı, amma sazlanmalarda etdiyimiz dəyişikliklər mənə daha çox hücum etməyə imkan verdi. Bu, çox gözəl idi.

Bu mövsüm bir tendensiya var: yarışlarda bizə daha çətin olur, nəinki sıralanma turunda. Amma biz komanda ilə var gücümüzü ortaya qoyacağıq. Əlimizdən gələni edəcəyik və sonra görəcəyik”.

Bunları da oxuyun

Şərh əlavə et