İtaliyada Ferstappendən fantastik poul!

İtaliyada Ferstappendən fantastik poul!
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Montsada hava şəraiti sabit idi – günəşli, quru, havada 26-27 dərəcə, trasda isə 41-44 dərəcə tempperatur göstərilirdi.

Əvvəllər burada çox vaxt poul qazanan sürücü qalib gəlirdi, amma 2020-ci ildən bu ənənə pozulub. Ondan öncə, 2019-cu ildə Şarl Lekler Ferrari ilə həm poul, həm də qələbə qazanmışdı. Sonrakı beş il ərzində isə “poulun lənəti” deyilən effekt müşahidə olunub. Lakin hər seriyanın bir sonu var.

Cümə gününün məşqlərində Həmilton və Norris fərqlənmişdi. Şənbə günü səhər keçirilən sessiyada isə Lando yenə ən sürətli olub, amma Lekler ondan cəmi bir neçə yüzdə saniyə geri qalıb. Nəticələr çox yaxın idi.

Yarış üçün ən yumşaq təkər tərkibləri gətirilib: C3 – Hard, C4 – Medium, C5 isə Soft kimi istifadə olunur.

Birinci sessiya

Mercedes sürücüləri Medium təkəri seçsə də, digər pilotlar dərhal Soft-la dövrəyə çıxıblar. İlk cəhdlərdə Norris 1:19.611-lik nəticə ilə lider olub. Ferstappen və Elbon isə dövrələrini trasdan çıxaraq yarıda qoyublar.

Sonra Rassell Medium təkərlə 1:19.414 göstərərək liderliyi ələ alıb. Ferstappen ondan cəmi 0.04 saniyə geri qalıb, Norris isə bir qədər vaxt itirib.

Sayns və Lousonun dövrələri tras hüdudlarını aşdıqları üçün ləğv olunub. İlk mərhələdə Hadjar, Stroll, Kolapinto, Qasli və Louson mübarizəni dayandırıblar.

İkinci sessiya

Trasda çınqılların təmizlənməsi səbəbindən sessiyanın startı bir neçə dəqiqə gecikib. Hamı Soft təkərlə trasa çıxıb. Elbon ilk cəhdini çınqıllığa düşərək itirib. Ən yaxşı nəticə Ferstappenə məxsus olub – 1:19.140. Norris isə boks çağırışı səbəbindən dövrəsini tamamlamayıb.

Ferstappenin nəticəsi dəyişməyib. Bu dəfə ələnən sürücülər Berman, Hülkenberq, Sayns, Elbon və Okon olublar.

Üçüncü və son sessiya

Son mərhələdə hamı Soft trasa çıxıb. Lekler 1:19.007-lik nəticə ilə protokola başçılıq edib, Piastri ondan cəmi 0.05 saniyə geri qalıb.  Amma Ferstappen daha sürətli dövrə göstərib – 1:18.923.

İkinci cəhdlərdə Norris liderliyi ələ alıb, lakin Maks cavab olaraq 1:18.792 zaman nəticəsi ilə yenidən zirvəyə qayıdıb.

Nəticə

Maks Ferstappen Montsadakı sıralanma turunu qazanaraq, mövsümdə 5-ci, karyerasında isə 45-ci poulunu əldə edib.

Yarışda ilk cərgədən Ferstappen və Norris, ikinci cərgədən Piastri və Lekler, üçüncü cərgədən isə Rassell və Antonelli start alacaq. Həmilton əvvəlki yarışdakı qayda pozuntusuna görə yarışın startında  5 yer itirəcək.

Bunları da oxuyun

Şərh əlavə et