Red Bull sürücüləri yarış tempindən narazıdırlar

Red Bull sürücüləri yarış tempindən narazıdırlar
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

İtaliya Qran Prisində ikinci sərbəst yürüşdə Maks Ferstappen 6-cı nəticəni göstərib. O, lider Lando Norrisə cəmi 0.2 saniyə uduzub. Red Bull pilotu maşının sürətindən razı qalıb, amma əsas problemin trasdakı çınqıllar olduğunu deyib.

Onun komanda yoldaşı Yuki Tsunoda isə 9-cu olub və yarış tempinin hələ də təkmilləşdirilməli olduğunu bildirib.

Maks Ferstappen: “Ümumiyyətlə, məşq kifayət qədər faydalı keçdi. Ötən il Montsada həftəsonu bizim üçün çox çətin idi, amma bu dəfə daha rəqabətədavamlı göründük və maşından razıyam.

Ancaq məşqlər bir qədər qarışıq alındı, çünki sürücülər tez-tez trasdan çıxırdılar və çınqıllar yolun üzərinə tökülürdü. Buna baxmayaraq, cümə bizim üçün xeyli məhsuldar oldu.

Düşünürəm ki, əgər sıralanma turunda trasda bu qədər çınqıl yığılsa, sessiyanı dayandırmalı olacaqlar. Açığı, çınqılın üzərində sürmək quru təkəri ilə yağışda sürmək kimidir. Hətta bir dəfə az qalmışdım trasdan çıxım”.

Yuki Tsunoda (9-cu yer): “İkinci məşq kifayət qədər müsbət alındı, xüsusilə də vahid dövrədəki tempimiz çox yaxşı idi. Hətta Soft təkərlərdə maşının bu qədər asfaltla ilişməyə malik olacağını gözləmirdim. Əgər sıx trafik olmasaydı, çox yaxşı nəticə göstərə bilərdim.

Amma yarış tempinə gəlincə, burada hələ də sürət çatışmır. İndi əsas məqsəd vahid dövrə ilə yarış tempi arasında balans tapmaqdır. Daha çox yarış tempinə diqqət ayırmalıyıq”.

Bunları da oxuyun

Şərh əlavə et