McLaren Zandfortdakı problemi tapıb

McLaren Zandfortdakı problemi tapıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandası sürücüsü Lando Norrisin Zandfortda yaşadığı problem barədə açıqlama verib və oxşar bir hadisənin təkrarlanmayacağından əmin olduqlarını bildirib.

Kokpit.az xatırladır ki, Norrisin MCL39-u Niderland Qran Prisində yarışın bitməsinə yeddi dövrə qalmış dayanmış, qısa müddət sonra isə maşından tüstü çıxmışdı. Bu, McLaren-in uzun müddətdən sonra ilk dəfə etibarsızlıq problemi səbəbindən yarışı yarımçıq qoyması idi. Nəticədə Norris komanda yoldaşı Oskar Piastri ilə çempionluq mübarizəsində geri düşüb.

Problemin yağ xətti nasazlığından qaynaqlandığı və motorun ətraflı yoxlama üçün Mercedes HPP-yə göndərildiyi açıqlanmışdı.

McLaren-in Baş Əməliyyatçısı Pirs Tin vəziyyətin tam nəzarətdə olduğunu deyib: “Bu, uzun müddətdir davam edən etibarlılıq seriyamızı qıran bədbəxt hadisə idi. Amma komanda dərhal reaksiya verdi, problemi tapdı və təkrarlanmaması üçün yeni hissələr hazırladı. Burada tətbiq olunan həllin doğru olduğuna əminik”.

Montsa yarışından əvvəl həm Norris, həm də Piastri yeni güc blokuna keçib. Bu trasda mühərrik gücü və düzlük sürəti həlledici amil sayılır.

Bununla belə, Pirs Tin bildirib ki, Zandfortda nasazlıq yaşayan motor tam itirilməyib: “Bəli, onu kiçik təmirdən sonra yenidən güc bloku hovuzuna əlavə edə biləcəyik. Bu problem bizim motor bölgüsünə təsir etməyib. Mühərrik resursunu mövsümün sonuna qədər balanslı şəkildə idarə edirik”.

Bunları da oxuyun

Şərh əlavə et