Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Üstünlük qazanmalıyıq

Montsadakı cümə sərbəst yürüşlərinin yekun protokoluna McLaren komandasının sürücüsü Lando Norris başçılıq edib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü birinci sərbəst yürüşlərdə dördüncü yeri tutsa da, ikinci sessiyada özünə gəlib və birinci olub. Buna baxmayaraq McLaren “sürət məbədi” Montsada cümə günü digər traslara nisbətən hegemon performans göstərə bilməyib.

Lando Norris: “Bu mərhələdə hamıdan bir saniyə sürətli olacağımızı gözləmirdik, amma üstünlüyümüzün bir az daha aydın görünməsini istərdim. Ümumilikdə işlər pis getmir, amma hələ də bəzi məqamlar üzərində işləməliyik. Optimal sazlamaları tapmağa çalışırıq və ikinci sessiyada irəliləyiş əldə edəcəyimə ümid edirdim. Amma nəticələr çox sıxdır. Daha böyük üstünlük qazana bilsək, özümü daha rahat hiss edərdim”.

 

Rauf Hacıyev

Şərh əlavə et