Montsada ikinci sessiya zamanı hava şəraiti günəşli və quru olub: hava temperaturu 26-27 dərəcə, asfalt isə 35-41 dərəcə arasında dəyişirdi. Tribunalarda səhər saatlarından yerini alan azarkeşlərin sayı axşama doğru daha da artıb – xüsusən də Ferrari azarkeşlərinin qırmızı rəngi tribunaları doldurublar.
Sessiya, ilk yürüşdə olduğu kimi, Hard və Medium təkərlərlə başlayıb – sürücülər onların effektivliyini və dözümlülüyünü yoxlayırdılar.
• Qasli Ascari-də trasdan çıxıb,
• Elbon isə ilk şikanda Həmiltona mane olub.
•10-cu dəqiqədə Kimi Antonelli ikinci Lesmo döngəsində çınqıllı zonada ilişib və qırmızı bayraqlarla sessiya dayandırılıb. Mercedes-in gənc sürücüsü sessiyanı boksdan izləməli olub.
Bortoleto sarı bayraqlar altında Racing Bulls maşınını ötməklə qaydanı pozub – stüardlar bunu sessiyadan sonra araşdırmağı qərara alıblar.
Qırmızı bayraqlar zamanı Piastri pit yoluna restart siqnalını gözləmədən və vaxtından əvvəl çıxıb. Bu insident də araşdırılacaq.
Sessiya bərpa olunandan sonra hamı yenidən Hard və Medium təkərlərə trasa qayıdıb.
•Bortoleto Lesmo 2-nın çıxışında çınqıllı zonaya çox çıxıb. Piastri də həmin yerdə çınqıllığa girib. Elbon isə ilk Lesmoda trasdan çıxıb.
Lekler ilişmə çatışmazlığından, Ferstappen isə maşının kiçik qabarlara çox kəskin reaksiyaya verməsindən şikayətləniblər.
Lekler sonlara yaxın təkərləri bloklayaraq, Askaridə çınqıllıqdan və otun üzərindən keçsə də, trasda qalmağı bacarıb. Həmilton və Piastri isə yenidən Lesmo 2-də çınqıllığa çıxıblar.
Yekunda protokola Lando Norris başçılıq edib – britaniyalı sürücü 1:19.878-lik dövrə ilə günün ən sürətlisi olub.
Şərh əlavə et