Rəsmi: Monako 2035-ci ilə qədər təqvimdə qalacaq

Rəsmi: Monako 2035-ci ilə qədər təqvimdə qalacaq
Monaco GP start 2025
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 1-də Monako Qran Prisinin təşkilatçıları ilə müqavilənin uzadıldığı açıqlanıb. Knyazlığın küçələrində keçirilən yarış 2035-ci ilə qədər təqvimdə qalacaq.

Stefano Domenikali, Formula 1-in prezidenti və icraçı direktoru: “Monako küçələri idmanımızın ilk günlərindən Formula 1 səsləri ilə doludur, buna görə də bu möhtəşəm mərhələnin keçirilməsi üzrə müqavilənin 2035-ci ilə qədər uzadıldığını elan etməkdən məmnunam.

Bu, bütün pilotlar və azarkeşlər tərəfindən sevilən əfsanəvi yarışdır, dünyadakı ən qlamur knyazlığın mərkəzində yerləşməsi sayəsində unikal atmosferə malikdir. Mən Monako knyazı II Albertə, Monako Avtomobil Klubunun prezidenti Mişel Boeriyə və bu tarixi əməkdaşlığın uzunmüddətli gələcəyini təmin etməyə töhfə verən hər kəsə xüsusi təşəkkürümü bildirmək istəyirəm.”

II Albert, Monako knyazı: “Monako Qran Prisinin keçirilməsi üzrə müqavilənin 2035-ci ilə qədər uzadılması knyazlıqda dərin bağlılıqla qorunan idman və tarixi ənənəyə uyğundur. Mən yalnız bu hadisəni alqışlaya bilərəm, çünki bu, bizim ümumi uğurumuzun, Formula 1 ilə əməkdaşlığımızın üstünlüyünün və Monakonun beynəlxalq avtoidmanda tutduğu unikal yerin sübutudur.”

Bunları da oxuyun

Şərh əlavə et