Xəbəri Kokpitdə Oxuyun!

A.Elbon stüardları anlamır

Williams komandasının sürücüsü Aleks Elbon bilndirib ki, o, stüardların qərarlarını anlamır.

Montsadakı yarış həftəsonu ərəfəsində Aleks Elbon maraqlı etiraf edib. Williams sürücüsü bildirib ki, stüardların mübahisəli insidentlərə yanaşma qaydalarını tam başa düşmür və buna görə də rəqiblərlə mübarizədə daha çox öz prinsiplərinə güvənir.

Aleks Elbon: “Təkər-təkərə mübarizə aparanda nə edə biləcəyim, nə edə bilməyəcəyim barədə tam aydınlıq yoxdur. Ona görə də müəyyən mənada öz qaydalarımla hərəkət edirəm, özüm üçün müəyyənləşdirirəm ki, nə ədalətli hücumdur, nə ədalətli müdafiə. Mənim üçün bu üsul işləyir.

İstənilən vaxt FIA-ya sual verə bilərik, onların qapısı açıqdır və qərarlarının məntiqini izah etməyə hazırdırlar. Amma buna baxmayaraq, yarışlarda necə davranmalı olduğumuz mənim üçün tam aydın deyil. Bu isə çaşdırır.

Cümə günü pilotların iclasında biz mütləq Karlosla Liamın insidentini müzakirə edəcəyik. FIA belə məsələlərin müzakirəsinə açıqdır, onlar geribildirim qəbul edirlər və qərar verərkən qapalı olmurlar. Biz həmişə bu barədə brifinqlərdə danışırıq. Mən sizə zəmanət verirəm ki, sabahkı brifinq uzun olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et