İtaliyada hansı strategiya seçiləcək?

İtaliyada hansı strategiya seçiləcək?
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Əfsanəvi İtaliya avtodromu Montsa bu il 75-ci dəfə Formula 1 yarışına ev sahibliyi edəcək və Pirelli şirkəti burada ötən həftəsonu baş tutmuş öz 500-cü Qran Prisi şərəfinə əsl bayram keçirməyi planlaşdırır.

İtalyan şirkətinin yaxınlaşan Qran Priyə – burada Pirelli titul sponsor qismində çıxış edir – hazırladığı xüsusi kuboklardan artıq danışmışdıq.

Məlum olub ki, onların müəllifi, dizayner və heykəltəraş Niko Vaskelyari “Ximera” obrazında planetin üç müxtəlif mühitində – havada, suda və quruda – yaşayan ən sürətli canlılarını öz baxış bucağından təqdim edib. Yəni, bu, şahin-sapsan, marlin və geparddır.

Kuboklar Formula 1 maşınlarının istehsalında da istifadə olunan alüminiumdan hazırlanıb və onlar mətbuata 5 sentyabrda, cümə günü, birinci sərbəst yürüşlərdən sonra təqdim ediləcək.

Montsanın sürətli trası üçün təkər istehsalçıları ötən ildəki ilə eyni tərkibləri hazırlayıblar: Hard kimi C3, Medium kimi C4 və Soft kimi C5. Buradakı asfalt örtüyü 2024-cü ildə tamamilə yenilənmişdi və 12 ay ərzində onun xüsusiyyətləri təbii ki, sabitləşib. Təkərin dənlənməsi xeyli azalmalıdır, amma bunun komandaların taktikasına ciddi təsir göstərəcəyi gözlənilmir.

Əksər hallarda olduğu kimi, sürücülərin çoxu yarış üçün Hard və Medium tərkibli təkərlərdən istifadə edəcəklər. Montsada pit-stoplara sərf edilən vaxt  təqvimdəki traslar arasında ən böyük göstəricilərindən biridir. Buna görə də komandalar ilk pitə qədər olan hissələri maksimum uzatmağa çalışır və əsasən bir pit-stoplu strategiyaya üstünlük verirlər.

Bu trasda ötmə etmək o qədər də asan deyil, çünki maşınların aerodinamikası aşağı asfaltayatma qüvvəsinə uyğunlaşdırılır. Buna görə də DRS effekti zəifləyir. Bu, taktikanın formalaşmasına təsir edən digər amildir. Bununla yanaşı, sentyabrın əvvəlində Lombardiyada temperatur kifayət qədər yüksək ola bilər ki, bu da təkərlərin sürətli aşınmasına təsir edir. Beləliklə, müəyyən şəraitdə iki pit-stoplu strategiya daha cəlbedici ola bilər.

Bunları da oxuyun

Şərh əlavə et