Xəbəri Kokpitdə Oxuyun!

Ferrari rəngini dəyişəcək

İtaliya Qran Prisi ərəfəsində Ferrari komandası öz azarkeşlərini maraqlı yeniliklə sevindirib. Belə ki, Montsada Şarl Lekler və Lyuis Həmilton ev yarışlarında ənənəvi qırmızı yox, mavi rəngli formalarla çıxış edəcəklər.

Bu addım Skuderiyanın əlamətdar tarixə hörmətidir. Belə ki, düz 50 il əvvəl – 1975-ci ilin İtaliya Qran Prisində Ferrari-nin əfsanəvi sürücüsü Niki Lauda dünya çempionluğunu vaxtından əvvəl təmin etmişdi. Həmin yarışda isə qələbə onun komanda yoldaşı Kley Reqatzoniyə qismət olmuşdu.

Beləliklə, Ferrari Montsada həm azarkeşlərini, həm də özünün zəngin irsini fərqli bir jestlə yad edəcək.

Rauf Hacıyev

Şərh əlavə et