Pirelli Montsa trofeylərini təqdim edib

Pirelli Montsa trofeylərini təqdim edib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Niderland Qran Prisi Pirelli üçün xüsusi əhəmiyyət daşıyıb – italyan təkər istehsalçısı Formula 1-dəki 500-cü yarışını burada geridə qoyub. Lakin şirkət əvvəlcədən elan edib ki, əsas yubiley tədbirləri gələn həftə sonu keçiriləcək İtaliya Qran Prisində – Montsada baş tutacaq.

Bu addım məntiqli görünür, çünki Pirelli həm də İtaliya Qran Prisinin titul sponsoru olacaq və bazar günü yarışın qalibi və mükafatçılara təqdim ediləcək kuboklara da məhz şirkət cavabdehdir.

Bugün Pirelli həmin kubokları təqdim edib. Onların hazırlanması müasir İtaliya incəsənətinin tanınmış ustadlarından biri sayılan Niko Vaskelyariyə həvalə olunub. O, təkcə qrafika və heykəltəraşlıq əsərləri ilə deyil, həm də səs üzərində eksperimentləri ilə məşhurdur.

Paylaşılan şəkillərdə kubokların müəllifin “Ximera” obrazını özünəməxsus şəkildə təsvir etdiyi görünür. Qədim yunan mifologiyasında Ximera od püskürən, ölümsüz məxluq kimi tanınır: aslan başı və boynu, keçi bədəni və ilan quyruğu ilə. İlk dəfə onun adı Homerin “İliada” əsərində çəkilib.

Doğrudur, “ximera” sözünün rəmzi mənası daha geniş yayılıb və çox vaxt xəyali, əlçatmaz arzuları ifadə edir. Niyə Pirelli məhz bu obrazı seçib – demək çətindir, amma bir şey dəqiqdir: kuboklar olduqca orijinal görünür və müəllifin fərdi üslubu açıq şəkildə hiss olunur.

Bunları da oxuyun

Şərh əlavə et