A.Elbon: İdeal yarış idi

A.Elbon: İdeal yarış idi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Williams komandasınln sürücüsü Aleks Elbon bildirib ki, yarış onlar üçün ideal keçib.

Taylandlı sürücü Zandfort yarışında uğursuz təsnifatın ardından yarışda parlaq nəticə göstərib. Williams komandasının sürücüsü 15-ci yerdən start götürərək, finişi 5-ci yerdə başa vurub və bununla həm özü, həm də komandası üçün mövsümün ən yaxşı nəticəsini təkrarlayıb.

Aleks Elbon (5-ci): “İdeal yarış oldu! Startım uğurlu alındı, sonra baş verən qəzalar da bizə kömək etdi. Niyə başqaları üçün yarış bu qədər xaotik keçdi, bilmirəm, amma biz sakit, səhvsiz getdik.

Strategiya ilə önə yüksəlmək çətin olardı, amma güclü start ilk dövrədə 10-cu yerə qədər qalxmağa imkan verdi və finişədək xallar uğrunda mübarizə apardıq. Çoxlu xal qazanmağıma şadam – onlar bizim üçün çempionatda çox önəmlidir, xüsusilə də Ayzek üçüncü olduğu üçün”.

Digər tərəfdən, Karlos Sayns yarışda uğursuzluqla üzləşərək 13-cü yerdə qalıb. İspaniyalı sürücü Liam Louson ilə insidentə görə cərimə alıb və bundan narazılığını gizlətməyib.

Karlos Sayns (13-cü): “Yarış həftəsonum yaxşı gedirdi, amma insident bütün planları pozdu və komandaya xallar baha başa gəldi. Mən sadəcə xarici trayektoriyada Liamı sıxırdım, qeyri-adi heç nə etmirdim. Buna görə cəzalandırılmağımı anlamıram. FIA tez-tez deyir ki, stüardlarla görüş və müzakirə üçün qapılar açıqdır, amma indi mənə bildirildi ki, hazırda mənimlə danışmaq istəmirlər.

Artıq gələn həftə Montsada yarış var. Biz yenidən özümüzə gəlib, diqqəti saxlayacağıq və mübarizəni davam etdirəcəyik”.

 

Bunları da oxuyun

Şərh əlavə et