Rəsmi: Həmilton cərimələnib

Rəsmi: Həmilton cərimələnib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Lyuis Həmilton Niderland Qran Prisində qəzaya düşüb və mübarizəni vaxtınsan əvvəl dayandırıb. Lakin o, Zandfortdakı yarışdan əvvəl etdiyi səhvə görə FIA tərəfindən araşdırılıb.

Kokpit.az bildirir ki, britaniyalı sürücü gələn həftə keçiriləcək İtaliya Qran Prisinin startında beş yer itirəcək. Bu qərar startdan əvvəl baş verən insidentlə bağlıdır.

Yeddiqat Dünya Çempionunun yarışı uğursuz alınıb. O, 23-cü dövrənin 3-cü döngəsində etdiyi qeyri-adi səhv nəticəsində qəzaya uğrayaraq, mübarizəni dayandırıb.

Bundan əlavə, yeddiqat dünya çempionu yarışdan sonra araşdırmaya cəlb olunub. Səbəb isə yarışdan əvvəl sarı bayraqlara əməl etməməsidir.

Ferrari sürücüsü starta çıxmazdan əvvəlki hazırlıq dövrələrində iki dəfə sarı bayraqlar altında sürəti azaltmayıb. Həmçinin pit yoluna daxil olarkən sürətini kifayət qədər aşağı salmayıb.

Nəticədə o, Beynəlxalq İdman Qaydalarının Əlavə H, 2.5.5 b) maddəsini, yarış direktorunun göstərişlərini və Formula 1-in idman qaydalarının 44.1-ci maddəsini pozub.

Beləliklə, əfsanəvi sürücü Ferrari ilə çıxacağı ilk İtaliya Qran Prisinin startında beş yer itirəcək. Bundan əlavə Həmiltonun superlisenziyasına iki cərimə balı yazılıb.

Bunları da oxuyun

Şərh əlavə et