O.Piastri: Güclü idik

O.Piastri: Güclü idik
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, bugünkü yarışda bütün situasiyalarda üstün olublar.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Zandfortda keçirilən Niderland Qran Prisində qalib gələrək, mövsümdə 7-ci qələbəsini qazanıb. Lakin komanda üçün uğurlu gün Lando Norrisin texniki problem səbəbindən mübarizəni vaxtından əvvəl dayandırması ilə kölgədə qalıb.

Oskar Piastri (1-ci yer): “Əlbəttə, çox sevincliyəm! Yarışı lazım olan anlarda nəzarətdə saxlaya bildim, amma finişə az qalmış Landonun dayanması təəssüf doğurdu. Tempimi diktə edə bildim və yarış ötən ildəkindən fərqli ssenari üzrə keçdi. Komandamıza görə çox sevinirəm, bu həftəsonunu əla keçirdik.

Xüsusi bir sirrimiz yox idi. Sadəcə hər sahədə təkmilləşməyə çalışdıq. Həftəsonunun əvvəlində çətinliklər gözlənilirdi, amma təsnifatda hər şeyi bir araya gətirdik və bu gün də tempimdən razı qaldım.

Təhlükəsizlik maşınının trasa çıxması yarışa əlavə gərginlik qatdı, amma bütün situasiyalarda güclü idik. Mənim uğurum təkcə mənə aid deyil – bu, bütün komandanın qələbəsidir. Onlarsız belə nəticə mümkün olmazdı.

Pouldan başlamaq böyük üstünlükdür. Əgər bu nəticələri davam etdirə bilsək, əla olar. Ancaq mövsümün sonuna hələ çox var, biz isə hər yarışda maksimum nəticə əldə etməyə çalışacağıq”.

Bunları da oxuyun

Şərh əlavə et