C.Rassell ikinci cərgə mümkün idi

C.Rassell ikinci cərgə mümkün idi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının sürücüsü Corc Rassell yarış tempinə ümid edir.

Zandfortdakı sıralanma turunda Mercedes-in ən yaxşı nəticəsi Corc Rassellin qazandığı 5-ci yer olub.

Corc Rassell (5-ci yer): “Beşinci yerdən razı deyiləm, amma həftəsonu boyunca mübarizə o qədər gərgin idi ki, nəticəni əvvəlcədən təxmin etmək mümkün deyildi. Final sessiyasında ideal dövrə yığa bilmədim. Halbuki ikinci cərgə üçün şansım vardı. Nəticədə layiq olduğumuz yeri tutduq. Ayzek Hacarı təbrik edirəm, çox güclü təsnifat keçirdi.

Bu gün görək nə baş verəcək. Üçüncü sərbəst yürüşlərdə yarış tempində  maşın sürətli idi, ümid edirəm ki, bu temp mənə podium uğrunda mübarizə aparmağa imkan verəcək”.

Komandanın rəhbəri Toto Volf bildirib: “Bütün həftəsonu maşının potensialını tam açmaq mümkün olmadı. Güclü külək həm Corc, həm də Kimi üçün çətinlik yaratdı. Bəzən sürət geri qayıtsa da, anlayırdıq ki, sıralanma turu asan keçməyəcək. Nəticədə Kimi ikinci sessiyada mübarizəni dayandırdı, Corc isə finala keçsə də, maşının ön tərəfinin həddindən artıq çevikliyi səbəbindən ikinci cərgəyə yüksələ bilmədi.

Zandfort kimi ötmə etmək çətin olan trasda 5-ci və 11-ci yerlərdən start götürmək asan olmayacaq. Amma yarış tempində həm Corc, həm də Kimi sürətlidirlər, bu isə bizə ümid verir. Üstəlik, hava da əlavə intriqa yarada bilər”.

Bunları da oxuyun

Şərh əlavə et