Kokpit.az xatırladır ki, monakolu sürücü Zandfortda keçirilən sıralanma turunda pouldakı Oskar Piastridən 0.7 saniyə geridə qalıb və sessiyanı 6-cı pillədə başa vurub. 27 yaşlı sürücü nəticədən və öz performansından narazı qalıb.
Şarl Lekler bildirib ki, komanda həftəsonu ərzində rəqiblərdən geri qalıb və o, bu vəziyyəti dəyişməyə çalışsa da, nəticə istədiyi kimi olmayıb: “Çox məyus olmuşam, çünki öz işimi kifayət qədər yaxşı görməmişəm. Bütün həftəsonu biz geridə idik. Mən isə bunun səbəbini anlamağa və çatışmayan tərəfləri tapmağa çalışırdım. İki-üç döngədə vaxt itirirdik və bu, təsnifatda da təkrarlandı. Əvvəlki sərbəst yürüşlərdə daha çox geri qalırdıq, amma yenə də itki var idi”.
Sürücü həmçinin əlavə edib ki, stabilliyin olmaması nəticəyə təsir göstərib:
“Düşünürəm ki, maşının çatışmayan tərəflərini tapmağa çox diqqət yetirdiyimdən, stabilliyi əldən verdik. Xüsusilə də təsnifatın son sessiyasında yaxşı dövrə ata bilmədim. Əlavə olaraq bir qədər zaman qazanmağı bacarsaydım, startda mövqeyim daha yaxşı ola bilərdi. Burada hər şey ideal olmalıdır, amma bu həftəsonu biz bundan uzaq qaldıq”.
Şərh əlavə et