McLaren 70-ci dəfə ilk cərgədə!

McLaren 70-ci dəfə ilk cərgədə!
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Niderland Qran Prisinin sıralanma turunda Oskar Piastri hamıdan üstün olub.

Zandfortda keçirilən Niderland Qran Prisinin təsnifat mərhələsi gərgin mübarizə ilə yadda qalıb. Sürücülər günəşli havada.  Hava günəşli, temperatur isə 20-21 dərəcə, asfalt temperaturu isə 34-35 dərəcə olub.

Dar və döngəli Zandfort trasında ötmək çətin olduğuna görə poul xüsusi önəm kəsb edib. Qət edilən hər bir dövrə risk tələb edib, çünki səhv edən sürücü divarlara toxunmaq təhlükəsi ilə üz-üzə qalıb.

Birinci sessiya: Stroll-un qəzasi və sıx nəticələr

İlk sessiyada sürücülər trasda sıxlığı gözləmək üçün tələsməyiblər. Ləns Strolk isə bir daha qəza edib. Kanadalı sürücü 13-cü döngədə maşınını qazonlu sahəyə çıxarıb və bariyerə çırpılıb. Buna baxmayaraq, 27 yaşlı sürücü zədələnmiş maşını boksa qaytara bilib.

Ən sürətli dövrəni əvvəlcə Norris (1:09.469), sonra isə Piastri (1:09.338) göstərib. İlk 14 sürücü cəmi 0.3 saniyəlik intervala yerləşib. Sessiyanı Kolapinto, Hülkenberq, Okon, Berman və dövrə vura bilməyən Stroll tərk edib.

İkinci sessiya: Trasda “qonaq” və sıx mübarizə

İkinci sessiyada maraqlı an yaşanıb – Lekler dövrə vurarkən trasa qəfil bir tülkü girib. Nə heyvana, nə də maşına zərər dəyib.

Ən yaxşı nəticəni yenə də Norris (1:08.874) göstərib, o, komanda yoldaşı Piastrini 0.09 saniyə qabaqlayıb.  Norris yolda Ferstappenə mane olub. Final sessiyasına Antonelli, Tsunoda, Bortoleto, Qasly və Elbon yüksələ bilməyiblər.

Üçüncü sessiya: McLaren-in üstünlüyü

Son sessiyada Norris, Piastri və Ferstappen köhnə təkərlərlə, digərləri isə təzə dəst təkərlərlə trasa çıxıblar. İlk cəhddə Piastri 1:08.662-lik nəticə ilə komanda yoldaşını cüzi fərqlə qabaqlayıb. İkinci cəhddə nəticələr dəyişməyib.

Beləliklə, Oskar Piastri mövsümdə 5-ci poulunu qazanıb. Lando Norris ikinci nəticə göstərib və McLaren mövsümdə 4-cü, tarixində isə 70-ci dəfə startın ön cərgəsini tam olaraq tutub.

Start düzülüşü (ilk üç cərgə):

  1. Oskar Piastri – McLaren
  2. Lando Norris – McLaren
  3. Mak Ferstappen – Red Bull Racing
  4. Ayzek Hajar – Racing Bulls (karyerasında ən yaxşı nəticə)
  5. Corc Rassell – Mercedes
  6. Şarl Lekler – Ferrari

Bunları da oxuyun

Şərh əlavə et