C.Rassell cərimələnib

C.Rassell cərimələnib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Zandfortda keçirilən üçüncü sərbəst yürüşlər zamanı Fernando Alonso ilə Corc Rassell arasında baş verən insident araşdırıldıqdan sonra stüardlar qərarlarını açıqlayıblar.

Mercedes komandasına pul cəriməsi tətbiq olunub və Rassell isə rəsmi xəbərdarlıq alıb.

Stüardların bəyanatında deyilir: “14 nömrəli maşın (Alonso) sürətlənmə dövrəsində idi və 14-cü döngədən çıxırdı. Bu anda 63 nömrəli maşın (Rassell) yavaş dövrədə idi və ona pitə girmə əmri verilsə də, geniş trayektoriya seçərək, az qala 14 nömrəli maşınla toqquşurdu. 63 nömrəli maşın qəfil manevr edərək, pitə girişi dayandırdı və trasda qalmağa məcbur oldu. 14 nömrəli maşın isə toqquşmadan yayınmaq üçün dövrəsini yarımçıq saxlayaraq, pit-leynə girdi.
63 nömrəli maşına, 14 nömrəli maşının sürətli dövrədə yaxınlaşdığı barədə heç bir xəbərdarlıq edilməmişdi. Komanda bunu dinləmədə etiraf edib və pilotunu xəbərdar etmədiyini təsdiqləyib. Bu səbəbdən təhlükəli vəziyyət yarandı və hər iki sürücü toqquşmadan yayınmaq üçün manevr etmək məcburiyyətində qaldı.

Biz başa düşürük ki, 63 nömrəli maşının pilotu, trasın xüsusiyyətini və 14-cü döngənin kor olması faktını nəzərə alaraq, 14 nömrəli maşının yaxınlaşdığını görə bilməzdi. Sadəcə güzgülərə baxmaq bu insidentin qarşısını ala bilməzdi.

Buna görə komanda sürücünü vaxtında xəbərdar etmədiyi üçün 7500 avro məbləğində cərimələnir.
Bununla yanaşı, trasın xarakteri və maşının aşağı sürəti nəzərə alınaraq, 63 nömrəli maşın sağ trayektoriyada qalaraq döngədən çıxan sürətli maşınlara yer buraxa bilərdi. Bu səbəbdən sürücüyə rəsmi xəbərdarlıq elan olunur”.

Bunları da oxuyun

Şərh əlavə et