C.Rassell: Tempimiz pis deyil

C.Rassell: Tempimiz pis deyil
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının sürücüləri cümə günündən sonra templərindən narazı deyillər.

Cümə günü Zandfortda Mercedes sürücüləri çətinliklərlə üzləşiblər. Corc Rassell 4-cü nəticəni göstərsə də,  maşının hələ istənilən səviyyədə işləmədiyini etiraf edib. Onun komanda yoldaşı Kimi Antonelli isə yalnız 12-ci ola bilib, üstəlik birinci sessiyada səhv edərək vaxt itirib. Belə ki, o, maşını trasa saxlaya bilməyib və çınqıllı zonada ilişib qalıb.

George Russell (4-cü): “Düzünü desəm, sükan arxasında hisslər pis deyil. Dörd həftəlik fasilədən sonra yenidən trasa qayıtmaq xoş idi. Şərtlər hamı üçün çox çətin idi, çünki güclü külək əsirdi, Zandfortda isə çoxlu 180 dərəcəlik döngələr var və belə döngələrdə küləyin təsiri digər traslarla müqayisədə daha güclü hiss olunur.

Oxşar vəziyyəti Silverstounda da görmək olar, xüsusilə döngələrə giriş və çıxışlarda. Amma rəqabət baxımından liderlərə yaxınlaşa bilmədik, gözlədiyimizdən bir qədər geridə qaldıq. Bununla belə, yarış tempi normal görünür.

Son iki mərhələnin nəticələri bir qədər təəccüblü oldu. Aston Martin əvvəl zəif görünürdü, amma Macarıstanda çox sürətli idilər və əla nəticə qazandılar. Görünür, burada da sürətlidirlər. Ferrari bu gün temp tapa bilmədi, amma əminəm ki, bunu düzəldəcəklər.

Eyni şeyi Maks Ferstappen barədə də demək olar. Onun üçün Macarıstandakı yarış asan keçmədi, amma düşünürəm ki, bu sadəcə bir dəfəlik hal idi. Ona görə də indi elə görünür ki, əsasən Aston Martin və Maksla mübarizə aparacağıq. Ferrari də yəqin ki, sürətini artıracaq”.

Kimi Antonelli (12-ci): “Birinci məşqdə startdan etibarən aktiv hücuma keçdim, amma 9-cu döngədə əyləcləri blokladım, çünki təkəri qızdırmağa çalışırdım. Nəticədə çınqıllı zonada ilişib qaldım və sessiyam cəmi bir dövrədən sonra başa çatdı. Bu, əlbəttə, ideal başlanğıc deyil, çünki trasda işləmək imkanını tam itirdim.

Belə başlanğıc məni bir az məyus etsə də, ikinci sessiya daha yaxşı alındı. Soft təkərlərlə sıralanma tempinə fokuslandıq və mən həm özümə inamı bərpa etdim, həm də faydalı məlumatlar topladım.

Ümumilikdə, sessiya pis keçmədi, amma səhvlər də oldu. Onların üzərində işləməliyəm. Axşam ciddi işləmək lazımdır ki, inkişaf əldə edək. Harada diqqətimizi toplamalı olduğumuzu bilirik və qarşıda duran tapşırıqları anlayıram. Bugünkü sərbəst yürüşlər  və sıralanma turuna yaxşı hazırlaşmaq üçün çalışacağam”.

Bunları da oxuyun

Şərh əlavə et