M.Ferstappen: İlk beşliyə düşmək çətin görünür

M.Ferstappen: İlk beşliyə düşmək çətin görünür
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Maks Ferstappen Niderland Qran Prisinin ikinci məşqində beşinci nəticə göstərib, sessiyanın lideri Lando Norrisə təxminən 0.6 saniyə uduzub.

Red Bull-un pilotu nəticəsini şərh edərkən bildirib ki, maşınla bağlı problemlər qalmaqda davam edib və həftəsonunun qalan günlərində vəziyyətin köklü şəkildə dəyişəcəyini gözləmir.

Maks Ferstappen: “Bu gün qeyri-adi heç nə olmayıb – bizdə maşınla bağlı həmişəki problemlər qalmaqda davam edib. Bir çox müxtəlif sazlama variantlarını sınamışıq, amma onların heç biri yaranmış problemləri həll edə bilməyib.

Axşam baxacağıq ki, şənbə günü sürətlənmək üçün nə etmək olar, amma mən hansısa köklü dəyişikliklər gözləmirəm. Bundan əlavə, trasın xüsusiyyətləri də maşınla bağlı problemlərin aradan qaldırılmasına kömək etmir. Əsas çətinliklər ikinci sektordadır, orada çoxlu uzun döngələr var. Maşın həmin hissələrdə ən yaxşı performansa sahib deyil.

Elə görünür ki, bu həftəsonu mən ilk beşlik uğrunda mübarizə apara biləcəyəm, amma daha dəqiqini şənbə günü biləcəyik”.

Xatırladaq ki, Maks sonuncu dəfə podiuma Kanadada yüksələ bilib. Sonuncu Macarıstan Qran Prisini isə 9-cu yerdə başa vurub…

Bunları da oxuyun

Şərh əlavə et