McLaren cərimələnib

McLaren cərimələnib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Niderland Qran Prisinin ikinci sərbəst yürüşündə pit-leyndə Oskar Piastri və Corc Rassell arasında toqquşma təhlükəsi yaşanıb. Hadisəni araşdıran stüardlar insidentə görə məsuliyyəti McLaren komandasının üzərinə qoyublar və komanda 5 min avro məbləğində cərimə olunub.

FIA-nın qərarında bildirilir ki, Piastri boksa dönmək istəsə də, giriş komanda üzvlərinin arxalı qaldırıcı ilə işi səbəbindən bağlı olub. Bu zaman digər bir əməkdaş ona işarə edərək, maneəni pit-leynin əsas trayektoriyası ilə ötüb keçməsini göstərib. Avstraliyalı sürücü buna əməl edib və sürətli trayektoriyaya qayıdıb.

Nəticədə arxadan gələn Corc Rassell toqquşmadan yayınmaq üçün kəskin əyləcləməyə məcbur qalıb. Stüardların sözlərinə görə, bu manevrlər təhlükəli vəziyyət yaradıb və toqquşma olsaydı, komanda əməkdaşları xəsarət ala bilərdi.

Beləliklə, McLaren-in ehtiyatsızlığı pul cəriməsi ilə nəticələnib.

Bunları da oxuyun

Şərh əlavə et