Zandfortda yeni Təhlükəsizlik Maşını debüt edib

Zandfortda yeni Təhlükəsizlik Maşını debüt edib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Zandfortda yeni təhlükəsizlik avtomobili debüt edib – bu, Aston Martin-in xüsusi Vantage S modelidir.

Britaniyalılar qeyd ediblər: “Əfsanəvi S seriyasının idman modelləri xətti – şirkət tərəfindən indiyə qədər yaradılmış Vantage kupe versiyalarının ən sürətliləridir…”

Yeni seyfti-kar 4 litrlik V8 mühərriki ilə təchiz olunub. Bu mühərrik 680 at gücü və 800 nyuton-metr fırlanma anı hasil edir. Avtomobil 100 km/saata 3,4 saniyəyə sürətlənir, maksimal sürəti isə 325 km/saata çatır.

Təhlükəsizlik avtomobili təkmilləşdirilmiş aerodinamik kuzov dəsti alıb. Buraya yeni arxa spoyler də daxildir ki, bu da optimal balans, trasda sabit davranış və əla idarəetmə əldə etməyə imkan verir. Bu xüsusiyyətləri FIA-nın daimi seyfti-kar sürücüsü Bernd Maylander yüksək qiymətləndirir, pilotlar isə modernləşdirilmiş işıq siqnal panellərinə diqqət yetirəcəklər – onlar məhdud görünüş şəraitində daha nəzərə çarpan olmalıdır.

“Vantage S-in rəsmi təhlükəsizlik avtomobili kimi təqdim edilməsi – Vantage idman avtomobillərinin dinamik xüsusiyyətlərini nümayiş etdirmək planında daha bir addımdır, – deyə Maylander qeyd edib. – Bu mənə daha tez reaksiya verməyə və bizə trasa çıxmaq əmri verildiyi anda təhlükəsiz şəkildə hərəkət etməyə imkan verəcək.

Mən ilk dəfə Vantage S-in sükanı arxasında əyləşdiyim üçün şadam və artıq dünyanın ən yaxşı traslarından birində işləmək üçün səbirsizliklə gözləyirəm”.

Yeni TM Aston Martin F1 komandasının maşınları ilə eyni rəngdə boyanıb və yarışlarda FIA-nın rəsmi tibbi avtomobili olan tam ötürücülü idman krossoveri Aston Martin DBX707 ilə birlikdə istifadə olunacaq.

Bunları da oxuyun

Şərh əlavə et