H.Marko Palunu təkzib edib

H.Marko Palunu təkzib edib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko komandanın Aleks Palunu dəvət etməyi düşündüyü barədə yayılan söz-söhbətləri təkzib edib.

Avstriyalı mütəxəssis bildirib ki, Max Verstappen-in 2026-cı ildəki komanda yoldaşı hələ müəyyənləşməyib, amma bu qərarın oktyabr ayının sonuna qədər verilməsi planlaşdırılır.

Helmut Marko: “Hazırda bizi Ayzek Hacarın çıxışı xoş təəccübləndirir. Arvid Lindblad da Formula 2-də yaxşı nəticələr göstərir və plan üzrə irəliləyir. Tam şəkildə prosesə qoşulub və bu il bizimlə bir neçə mərhələdə daha iştirak edəcək.

Aleks Palu? Bu söz-söhbətlər həqiqət deyil. Sadəcə olaraq doğru deyil”.

Marko, Kristiab Hornerin yerinə Red Bull Racing-in başına keçən Loran Mekisin fəaliyyətini də yüksək qiymətləndirib: “Loran komandanın strukturunu və əməkdaşlarını yaxından öyrənməyə davam edir. Orta müddətli perspektivdə biz desentralizasiya olunmuş struktura keçmək istəyirik – hər bir şöbənin öz rəhbəri olacaq və onlar Lorana hesabat verəcəklər. Məsələn, Rob Qri RB17 layihəsinə, Ben Hodkinson isə mühərrik departamentinə rəhbərlik edir. Onlara daha çox məsuliyyət verilib.

Bu isə Mekisə yarış komandası ilə daha yaxından məşğul olmağa imkan yaradır. Onsuz da o, çox yaxşı mühəndisdir və nəticələrdə irəliləyiş artıq görünür. İndi mövsümü mümkün qədər yüksək mövqedə bitirmək istəyirik, amma əlavə qələbələrin gəlib-gəlməyəcəyini söyləmək çətindir”.

Cadillac-ın 2026-cı il üçün Valtteri Bottas və Red Bull-un keçmiş pilotu Serxio Peresi heyətə qatmaq qərarını şərh edən Marko əlavə edib: “Onlar konservativ seçim etdilər və bu iki pilotdan nə gözləyə biləcəklərini yaxşı bilirlər. Mən Serxio ilə telefonla danışdım, çox motivasiyalı görünür. Əgər motivasiyalıdırsa və maşın rəqabətədavamlıdlrsa, mütləq əvvəlki səviyyəsinə qayıdacaq”.

Bunları da oxuyun

Şərh əlavə et