Ş.Lekler: Artıq fürsətlər azalacaq

Ş.Lekler: Artıq fürsətlər azalacaq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Zandfort paddokunda Şarl Lekler mövsümün qalan hissəsi, McLaren-lə rəqabət və Ferrari rəhbəri Frederik Vassyörün müqaviləsinin uzadılması barədə danışıb.

Kokpit.az xatırladır ki, monakolu sürücü Macarıstan yarışına pouldan başlayıb, yaxşı templə getsə də, yarışın sonlarında tempi düşqb və dördüncü yerlə razılaşmalı olub.

Şarl Lekler: “Macarıstanda poul qazandım və orada ötmək çətin olduğu üçün qələbə şansımız böyük idi. Amma bu mövsümdə daha belə fürsətlərin olub-olmayacağı şübhəlidir, çünki McLaren çox güclüdür.

Montsa? Qalib gəlsək, təəccüblənəcəyik. Düzünü desəm, ötən il kimsə mənə Montsada qalib gələcəyimizi desəydi, inanmazdım. Görək necə olacaq. Mən şans hesablamalarını sevmirəm, məni daha çox düşündürən odur ki, biz komanda olaraq McLaren-lə mübarizə aparmaq üçün özümüzü necə ən yaxşı vəziyyətə gətirə bilərik”.

Şarl Lekler həmçinin Ferrari-də rəhbərlik məsələlərinə də toxunub: “Vassyörün müqaviləsinin uzadılması çox vacib oldu. Əlbəttə, komandanın rəhbərinin dəyişdiriləcəyi barədə söz-söhbət yayılanda, sən çalışırsan bunlara fikir verməyəsən. Amma istəsən də, bu şayiələr müəyyən təsir göstərir.

İndi isə vəziyyət aydındır və Fred yeni müqavilə imzalayıb. Bu, komandaya çox kömək etdi. O, əla insandır və hədəfləri çox aydın şəkildə müəyyənləşdirib. Biz ondan tam razıyıq, təkcə mən və sürücülər yox, bütün komanda. Düzgün yolda olduğumuza inanıram”.

Bunları da oxuyun

Şərh əlavə et