F.Alonso: Hədəf beşincilikdir

F.Alonso: Hədəf beşincilikdir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, onların builki hədəfləri Mühəndislər Kubokunda beşinci yeri tutmaqdır.

F1 yay fasiləsindən sonra Zandfortda yenidən start alır. Mövsümün ilk yarısı Fernando Alonso üçün uğurlu olmayıb: ispan pilot ilk 8 yarışda xal qazana bilməyib və hazırda 26 xalla sürücülər çempionatında 11-cidir.

İspaniyalı sürücü mətbuat konfransında yay fasiləsini belə dəyərləndirib: “Pis deyildi. Spa və Macarıstanda yaşadığım bel ağrısından bərpa olunurdum. Fasilənin ilk hissəsi buna getdi, sonrasında bir az məşq, bir az da istirahət oldu”.

Zandfort gözləntiləri barədə Fernabdo Alonso belə deyib: “Heç nə əvvəlcədən dəqiq deyil. Zandfortun, Montsanın və ya Sinqapurun yaxşı və ya pis olacağını əvvəlcədən deyə bilmərik. Dünya çempionluğu uğrunda mübarizə aparmırıq, ona görə də hər həftəsonu nəticə hər şeyi dəyişmir. Rəqiblərimizdən daha çox xal toplamağa çalışırıq”.

O, Aston Martin-in hədəfini də açıqlayıb: “Mühəndislər Kubokunda 5-ci yeri tutmaq istəyirik. Son iki ildə 5-ci olduq və daha pis nəticə istəmirik. Çətin başlanğıcdan sonra bu, yenidən mümkün görünür. Amma bu il çempion olmayacağıq”.

Alonso həmçinin Adrian Nyui ilə iş prosesinin getdikcə daha yaxşı qurulduğunu vurğulayıb: “Onunla daha çox vaxt keçirdikcə işə yanaşmasını daha yaxşı anlayırsan. Çox xüsusi insandır, onu tam anlaya bilən adam sayı azdır. Hələ öyrənmə mərhələsindəyik, hər söhbət və hər ideya diqqətlə dəyərləndirilir. Bu sayədə komanda kimi böyüyürük”.

Bunları da oxuyun

Şərh əlavə et