Həmilton motivasiyasını itirmir

Həmilton motivasiyasını itirmir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Zandfort Qran Prisi ərəfəsində müsahibə verən Lyuis Həmilton komandanın inkişafından, yeni mühitə uyğunlaşma prosesindən və gələcək hədəflərindən danışıb. Britaniyalı ulduz sürücü optimist olduğunu gizlətməyib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü bu mövsüm Ferrari-yə transfer olunsa da, yeni komandasında hələ də podiuma yüksələ bilməyib.

Lyuis Həmilton: “Ötən həftə mənim üçün düşünmək və dəyərləndirmək üçün yaxşı fürsət oldu. Nələri yaxşılaşdırmaq, nələri dəyişmək istədiyimizi təhlil etdim. Kənardan elə görünməsə də, mövsümün ilk yarısı kifayət qədər pozitiv keçdi. Əldə etdiyimiz inkişafı davam etdirmək lazımdır.

Qələbələr heç vaxt öz-özünə gəlmir, çətinliklər həmişə olur. Mən isə dayanmağı sevmirəm. Düşünürəm ki, biz böyük irəliləyiş etmişik və düzgün istiqamətdə gedirik. Spadan sonra gətirilən yeniliklərə yavaş-yavaş uyğunlaşırıq və hər yarışda onlardan daha çox faydalanırıq. Ümid edirəm ki, bu həftəsonu daha bir addım irəli atacağıq.

Hazırda mənim içimdə çox böyük motivasiya və qərarlılıq var. Mövsümün ilk yarısı təzyiq baxımından kifayət qədər çətin idi, bəzən işdən zövq almağı belə unudurduq. Amma biz bu idmana sevgi ilə gəlmişik və əsas odur ki, bundan həzz ala bilək.

Ferrari mənim həmişə arzusunda olduğum komanda idi. Bura gəlmək möhtəşəm hissdir, amma eyni zamanda çox böyük komanda və idmanın ən güclü brendidir. Yeni ortaqlar, reklam çəkilişləri, adaptasiya prosesi — bütün bunların hamısı kifayət qədər çətin oldu. Burada incə bir balans var: sürücü komandanın metodlarına uyğunlaşmalıdır, yoxsa komanda sürücüyə? Mən bu mövsüm əsasən onların iş üslubuna uyğunlaşmağa çalışdım, sonra isə öz təcrübəmlə necə daha yaxşı ola biləcəyimizi anlamağa cəhd etdim.

Əminəm ki, birlikdə çox şeyə nail ola bilərik. Uğur heç vaxt asanlıqla gəlmir, amma mən daha parlaq günləri səbirsizliklə gözləyirəm.

Montsada hansı nəticə qazanacağımız barədə isə düşünməmişəm. Mən bir günlə yaşamağa çalışıram. İmolada azarkeşlərin dəstəyi inanılmaz idi, Montsada da eyni atmosferi görməyi səbirsizliklə gözləyirəm”.

Bunları da oxuyun

Şərh əlavə et