M.Ferstappen: İnkişafa yönələcəyik

M.Ferstappen: İnkişafa yönələcəyik
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komandasının pilotu Maks Ferstappen 2025-ci il mövsümünün ikinci yarısında çempionluq uğrunda mübarizə apara bilməyəcəyini qəbul etdiyini və bütün diqqətlərini bolidin performansını artırmağa yönəltdiklərini bildirib.

Kokpit.az xatırladır ki, niderlandlı pilot 2021-ci ildə son yarışda titul qazanaraq Red Bull-un dominant dövrünü başlatmışdı. Lakin 2025-ci ildə McLaren-in önə çıxması ilə bu üstünlük sona çatdı. 2026-cı ildə qüvvəyə minəcək yeni texniki reqlamentlə hər şey sıfırdan başlayacaq, amma Ferstappenin sözlərinə görə, bu mövsümdə titul uğrunda mübarizədən kənarda qalmaq artıq reallıqdır.

Maks Ferstappen: “Düzünü desəm, o qədər də çətin deyil. Əgər heç çempionluq qazanmamısınızsa və böyük mübarizə aparırsınızsa, bu sizi sıxa bilər. Amma artıq çox şey qazanmısınızsa, bir gün bunun bitəcəyini bilirsiniz. Hazırda biz də həmin mərhələdəyik. Qəzəblənmək və ya əsəbləşmək enerji itkisinə səbəb olur. Mən isə diqqətimi maşına yönəldirəm və gələcəyə daha yaxşı necə hazırlaşacağımıza baxıram”.

Niderlandlı sürücü əlavə edib: “Əlimdən gələni etməyə çalışıram. Hər yarışda fürsətləri dəyərləndirməyə, boliddən daha çox şey öyrənməyə çalışırıq. Əlbəttə, gələn il maşın tamamilə fərqli olacaq, amma indiki bolidi daha yaxşı anlamaq və bir az da əlavə performans tapmaq hələ də mənim üçün maraqlıdır. Bu, gələcəkdə işimizi asanlaşdıra bilər”.

Zandfort yarışı barədə isə o bildirib: “Macarıstan bizim üçün yaxşı keçməmişdi. Burada daha yaxın olmağı ümid edirəm. Amma təqvimdə qalan traslar arasında ən güclü olacağımız yer bura deyil. Digər tərəfdən hava şəraiti də işə qarışa bilər və bu da həmişə müəyyən xaos yaradır. Gözləyib görəcəyik”.

Bu həftənin əvvəlində Cadillac 2026-cı il üçün pilot heyətində Valtteri Bottas və Serxio Peresin yer alacağını açıqlayıb.

Keçmiş komanda yoldaşının yenidən idmana qayıtmasına  münasibət bildirən Ferstappen əlavə edib: “Xəbəri görəndə ona mesaj yazdım. Komanda tapdığına görə çox sevindim. O, əla insandır, həmişə yaxşı münasibətimiz olub. Onu yenidən peletonda görmək gözəldir. Performansı isə bolidin nə qədər yaxşı olacağından asılı olacaq. İndidən bunu demək çətindir, amma yeni bir fürsətdir və onun da çox həyəcanlı olduğuna əminəm”.

Ferstappen həmçinin Peresin təcrübəsini vurğulayıb: “Çox fərqli komandalarla yarışıb, onların necə işlədiyi barədə geniş biliyə sahibdir. F1-ə yeni daxil olan bir layihə üçün bu çox dəyərlidir. O, həm yaxşı, həm də zəif bolidin necə hiss etdirdiyini bilir. Bu təcrübə komandanın inkişafına böyük töhfə verəcək”.

Bunları da oxuyun

Şərh əlavə et