Kokpit.az xatırladır ki, “qırmızılar” mövsümə pis başlasalar da, son yarışkardakı performansları ilə tiffoziləri bir qədər ümidləndiriblər. Belə ki, italyan təmsilçisi son iki yarışda – Belçikada Leklerlə podiuma yüksəliblər. Macarıstan yarışına isə pouldan başlayıblar.
Frédéric Vasseur, komanda rəhbəri: “Yay fasiləsi komanda və sürücülərə həm dincəlmək, həm də mövsümün gərgin ikinci yarısına hazırlaşmaq imkanı verdi.
Zandfort mərhələsində son yarışlarda qazandığımız müsbət dinamikanı davam etdirmək istəyirik. Şarl və Lyuis mübarizəyə hazırdır, komanda isə onlara yaxşı nəticə qazanmaq üçün ən yaxşı şəraiti təmin etməkdə qətiyyətlidir.
Bu həftəsonu çox şey sıralanma turunda həll olunacaq, çünki Zandfortda ötmə imkanları məhduddur”.
Şərh əlavə et